Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:47 Atası başına qazan çırpdı, oğul atasını döydü - Həbs edildi | 19:36 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? | 19:34 Bakıda toyda telefonları oğurlayan şəxs saxlanıldı | 19:28 Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq | 19:08 Azərbaycanda yaşlı insanların nikaha marağının artmasının səbəbləri | 18:52 Azərbaycanda şair vəfat etdi | 18:44 Gəncədə avtomobillər bir-birinə çırpıldı - Yaralılar var | 18:31 Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı | 18:09 Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar | 17:57 Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq? | 17:36 Tovuzda torpaq sürüşməsi olub | 17:35 Evindən qızılları yoxa çıxan ailə polisə şikayət etdi, oğul saxlanıldı | 16:54 Vilyam Hacıyevin azadlıqda ilk fotosu | 16:41 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi | 16:34 İranda spirtli içkilərdən zəhərlənənlərin sayı 241-ə çatdı | 16:28 Badamdarda sürüşmə zonasında evi olanlara kompensasiya hansı qayda ilə ödəniləcək? | 15:47 Pul aldığı şəxsdən oğurluq edib, borcunu qaytardı | 14:53 Prezident rektoru təltif etdi | 14:43 Tovuzda 28 yaşlı gənci qatar vurub öldürdü - Rəsmi açıqlama | 14:34 İlham Əliyev: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk" |
Mojo.az Avto
Mojo.az Avto

Xaricdən gəlir əldə edənlərin DİQQƏTİNƏ: Yeni ildən böyük dəyişiklik olacaq (Video)

29.12.2025 12:08 1 002
Xaricdən gəlir əldə edənlərin DİQQƏTİNƏ: Yeni ildən böyük dəyişiklik olacaq (Video)
Yeni ildən Vergi Məcəlləsinə edilən bir sıra dəyişikliklər qüvvəyə minəcək. Dəyişikliklər xaricdən əldə olunan dividend gəlirləri ilə bağlı vergi dərəcələrini də əhatə edir. Belə ki, bu gəlirlərə tətbiq olunan vergi dərəcəsi üç dəfəyədək azaldılır.

Mövcud qanunvericiliyə əsasən, xarici ölkələrdən dividend gəliri əldə edən fiziki şəxslər gəlir vergisi bəyannaməsi təqdim etməli və həmin gəlirdən 14 faiz dərəcəsi ilə vergi ödəməli idilər. Eyni zamanda, xaricdə tutulmuş vergi məbləği Azərbaycanda hesablanan vergi məbləği nəzərə alınmaqla tətbiq olunurdu.

Yeni dəyişikliklərə əsasən isə gələn ildən xaricdən əldə olunan dividend gəlirləri üzrə vergi dərəcəsi 14 faizdən 5 faizə endirilir. Bu qərarın əsas məqsədi vətəndaşları xaricdə əldə etdikləri gəlirləri könüllü şəkildə vergi orqanlarına bəyan etməyə təşviq etməkdir.

Qeyd edək ki, Azərbaycan Respublikası bir sıra ölkələrlə ikitərəfli və çoxtərəfli sazişlər çərçivəsində vergi məlumatlarının mübadiləsini həyata keçirir. Bu mexanizm vasitəsilə xaricdə gəlir əldə edib bunu bəyan etməyən şəxslər müəyyən olunur, onların vergi uçotuna alınması təmin olunur və ödənilməmiş vergilər dövlət büdcəsinə bərpa edilir.

Qanunvericiliyə əsasən, fiziki şəxslər xaricdə əldə etdikləri dividend gəlirlərini bəyan etməli və vergi uçotunda olmalıdırlar. Əgər şəxs xaricdə tutulmuş vergi ilə bağlı təsdiqedici sənədi təqdim edərsə, Azərbaycanda əksər hallarda əlavə vergi öhdəliyi yaranmır.

İqtisadçı ekspert Emin Səttarovun sözlərinə görə, xarici ölkələrin əksəriyyətində dividend gəlirləri üzrə vergi dərəcəsi 5 faizdən yüksəkdir. Onun fikrincə, fiziki şəxs əvvəlcədən vergi uçotuna durmalı, növbəti ilin martın 31-dək gəlir vergisi bəyannaməsini təqdim etməli və xaricdə tutulmuş verginin təsdiqedici sənədini əlavə etməlidir. Bu halda vergi hesablanarkən həmin məbləğ nəzərə alınır.

Daha ətraflı ATV-nin videomaterialında:

Son xəbərlər