Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Naxçıvanda bir sıra çaylardan sel keçib

20.04.2026 19:15 357
Naxçıvanda bir sıra çaylardan sel keçib
Naxçıvanda müşahidə olunan intensiv yağıntılar nəticəsində çaylarda suyun səviyyəsi artıb, bəzi ərazilərdə sel və daşqın hadisələri qeydə alınıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Report"un yerli bürosuna verilən məlumata görə, Naxçıvançayın Qarababa, Gilançayın Nurgüt və Ordubadçayın Nüsnüs hidroloji məntəqələrində aparılan müşahidələr zamanı çaylardan sel sularının keçməsi qeydə alınıb.

Yağıntıların intensivliyi çay hövzələrində axımın sürətlə artmasına səbəb olub. Nəticədə bəzi dağlıq və dağətəyi ərazilərdə qısa müddətli sel və daşqınlar müşahidə olunub.

Hazırkı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimalı qalır.

Mütəxəssislər əhaliyə çay kənarlarına yaxın ərazilərdə ehtiyatlı olmağı tövsiyə edir.скачать dle 11.3
Mojo.az Banner