Mojo.az Banner
13:14 Deputat: Uşaqlar dinin və baş örtüyünün mahiyyətini hələ dərk etmirlər  |     12:31 Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi  |     12:18 Kirayəçi evi boşaltmasa, ev sahibi nə edə bilər? – Hüquqşünasdan açıqlama  |     12:16 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü  |     12:10 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edəcək  |     12:08 Azərbaycan nefti ucuzlaşdı  |     12:07 Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş  |     11:56 İlahiyyatçıdan hicab açıqlaması: Örtünmə hansı yaşdan vacib sayılır?  |     11:53 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi (Yenilənib)  |     11:49 Azərbaycan UEFA reytinqində irəlilədi  |     11:46 Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi  |     11:43 Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada ölüb  |     11:40 "Valideynlər uşaqlardan alət kimi istifadə etməməlidir" — Psixoloq  |     11:29 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar (Video)  |     11:18 Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat  |     11:11 ABŞ-də gənc teleulduz güllələndi  |     20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Buraxılış imtahanında maksimum bal toplayanlar niyə kəskin azalıb?

18.04.2026 19:54 513
Buraxılış imtahanında maksimum bal toplayanlar niyə kəskin azalıb?
Azərbaycanda martın 9-da keçirilmiş buraxılış imtahanlarında cəmi 3 nəfər maksimum nəticə göstərib. Halbuki ötən il martın 2-də keçirilmiş birinci buraxılış imtahanında 23 nəfər 300 bal toplamışdı.

İmtahandan sonra abituriyentlər, müəllimlər və təhsil ictimaiyyəti sualların çətinliyi ilə bağlı müxtəlif fikirlər səsləndirib. Qeyd olunub ki, əvvəlki iki illə müqayisədə bu il suallar daha çətin olub. Dövlət İmtahan Mərkəzi isə imtahanların çətin olmadığını açıqlayıb.Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Trend-ə açıqlamasında bildirib ki, nəticələr imtahanların həqiqətən də çətin olduğunu göstərir:

"İmtahanın çətinləşdirildiyi artıq aydındır. Bu, maksimum bal toplayanların sayına da təsir edib. Ötən il martın 2-də keçirilmiş birinci buraxılış imtahanında 23 nəfər 300 bal toplamışdı. Bu il isə cəmi 2 nəfər maksimum nəticə göstərib. Faizlə hesabladıqda bu, 90 faizdən çox azalma deməkdir. Bu da onu göstərir ki, suallar arasında buraxılış imtahanı səviyyəsinə uyğun olmayan, çətin tapşırıqlar olub. Xüsusilə riyaziyyat və Azərbaycan dili fənləri üzrə suallar çətin idi. Ümumiyyətlə, buraxılış imtahanları çətin olmamalıdır. Bu sahənin mütəxəssisləri və müəllimlər ötən ilin sualları ilə bu ilin suallarını müqayisə edə bilirlər. DİM belə halda "bizim standart formatımız var, kənara çıxmırıq, suallar çətin olmayıb” deməməlidir.

Ümumi statistika hələ tam açıqlanmayıb. Növbəti imtahan nəticələri də elan olunduqdan sonra ümumi göstəriciləri ötən illə müqayisə etmək daha dəqiq olacaq.”

Ramin Nurəliyev qeyd edib ki, bu il universitetlərə keçid balı ciddi şəkildə enəcək:

"Buraxılış imtahanlarının çətinliyi ümumi qəbul prosesinə, xüsusilə keçid ballarına təsir göstərə bilər. Əgər blok imtahanları ötən ilin səviyyəsində olarsa, keçid balları enəcək".

Qeyd edək ki, martın 9-da keçirilmiş buraxılış imtahanında 2 nəfər – Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu və Bakı şəhəri, 289 saylı orta məktəbin ("Zəngi” liseyi) məzunu 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bundan əlavə, özəl məktəblərin birinin ingilis dilində tədris alan məzunu da 200 bal toplamaqla ən yüksək nəticəni göstərib. Fərqli dildə tədris aparılan məktəblərin məzunları 2 fənn (riyaziyyat və xarici dil) üzrə imtahan verir və maksimal toplaya biləcəkləri bal 200-dür.скачать dle 11.3
Mojo.az Banner