Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Avtomobilin mühərrikində yaranan səslər nəyin xəbərçisidir? - Mütəxəssis rəyi

16.04.2026 15:56 315
Avtomobilin mühərrikində yaranan səslər nəyin xəbərçisidir? - Mütəxəssis rəyi
Rusiyalı ekspert Vladimir Baxarev mühərrikdə yaxınlaşan nasazlığın əsas əlamətlərini açıqlayıb.

Mütəxəssis bu barədə Lenta.ru-ya müsahibəsində danışıb. Ekspert bildirib ki, mühərrikin sıradan çıxacağını göstərən bir neçə kritik siqnal mövcuddur:

"Birinci və ən aşkar əlamət mühərrikdəki qeyri-adi səslərdir: tıqqıltı, şıqqıltı, cingildəmə, fit və ya cırıltı. Bu səslər heç vaxt səbəbsiz yaranmır. Xüsusilə mühərrikdə tədricən artan tıqqıltı sürücünün eşidə biləcəyi ən təhlükəli siqnallardan biridir. Bu, şatun yastıqları (vkladışlar) və ya zəncirlə bağlı ciddi problemlərə işarə edir. Cingildəmə səsi hidrokompensatorlarda yağ çatışmazlığından, fit isə köməkçi aqreqatların qayışlarının aşınmasından xəbər verir", - deyə mütəxəssis qeyd edib.

V.Baxarev mühərrik nasazlığından xəbər verən digər amillərə də toxunub:

"İşlənmiş qazların (tüstünün) rəngi də yaranan təhlükəni ayırd etməyə imkan verir. Qara tüstü qarışığın həddindən artıq zənginləşməsinə və ya yağın silindrlərə sızmasına, göy tüstü birbaşa porşen qrupunun aşınmasına, aseton qoxulu ağ qatı tüstü isə silindrlərə antifrizin düşməsinə işarədir. Hər üç hal, böyük ehtimalla, mühərrikin əsaslı təmirini qaçılmaz edir".

Bundan əlavə, avtomobilin dartma qüvvəsinin azalması, mühərrikin qeyri-sabit işləməsi və salonda kəskin yağ və ya benzin qoxusunun yaranması da maye sızmasının və ciddi nasazlığın əlaməti kimi dəyərləndirilməlidir.скачать dle 11.3
Mojo.az Banner