Mojo.az Banner
17:57 İranla sərhəddə əməliyyat: 35 kiloqram narkotik aşkarlandı  |     17:47 Gürcüstanla sərhəddə əməliyyat: 6 əcnəbi saxlanıldı - Foto  |     17:34 Goranboy sakini güllələnərək öldürüldü - Saxlanılan var  |     17:10 Manatın gələcək məzənnəsi ilə bağlı proqnoz  |     17:08 "Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi  |     16:33 Hərbi xidmətə saqqalla yollanmaq istəyənlər bu qaydanı bilməlidir – Ekspert açıqladı  |     16:28 Qazaxıstanda narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilən Navaiyə görə Rusiyadan NOTA  |     16:20 Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu  |     16:16 İsrail prezidentinin Bakı səfərini manipulyasiya edənlərə cavab: Bilet alıb, adi reyslə uçub  |     16:11 Küləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq  |     16:08 Azərbaycanda bəzi həkimlərə rütbələr veriləcək  |     16:04 Fransa niyə yenidən Azərbaycanı hədəfə aldı? – TƏHLİL  |     15:35 Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi  |     15:29 Bakı-Sumqayıt yolunda avtobusların şüşələrini sındıran yeniyetmələr müəyyən ediliblər  |     15:27 Məktəblərdə geyim qaydaları sərtləşməlidir? – Açıqlama  |     15:25 Bu ət məhsulunun da qiymətində artım olacaq – AÇIQLAMA  |     13:09 Azərbaycanda əhalinin sayı açıqlandı  |     13:08 Jurnalistlər üçün süni intellektlə bağlı yeni qaydalar hazırlanır  |     13:07 Milli Məclis İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib  |     13:06 Məşhur iş adamının 13 milyonluq şantaj işi: Məhkəmədə nələr oldu?  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır

31.03.2026 20:44 516
Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
Azərbaycanda hüquq-mühafizə sistemində köklü dəyişikliklərə hazırlıq gedir.

Sfera.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

Həmin məlumata əsasən, Azərbaycanda Dövlət İstintaq Komitəsinin yaradılması nəzərdən keçirilir və müxtəlif qurumların istintaq səlahiyyətlərinin vahid mərkəzdə birləşdirilməsi planlaşdırılır.

Hazırda ölkəmizdə istintaq aparmaq səlahiyyəti bir neçə dövlət qurumuna həvalə olunub. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, eləcə də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin tərkibində ayrıca istintaq və ya ibtidai araşdırma aparan strukturlar fəaliyyət göstərir. Bundan başqa, bəzi xüsusi sahələr üzrə Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyi daxilində də araşdırma səlahiyyətləri mövcuddur.

Mövcud qaydalarla istintaqın bu şəkildə parçalanmış formada həyata keçirilməsi bir sıra hallarda paralel araşdırmaların aparılmasına, səlahiyyət bölgüsündə qeyri-müəyyənliyə və koordinasiya problemlərinə səbəb olur. Məhz bu səbəbdən uzun müddətdir müzakirə edilən vahid istintaq orqanının yaradılması ideyası yenidən aktuallaşıb.

Məlumatlara əsasən, yaradılması planlaşdırılan Dövlət İstintaq Komitəsi Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti istisna olmaqla digər qurumların istintaq strukturlarını özündə birləşdirəcək. Bu isə xüsusilə iqtisadi və vəzifə cinayətləri, maliyyə pozuntuları və digər kateqoriyalar üzrə araşdırmaların vahid mexanizm əsasında aparılmasına imkan verəcək.

Məlumata görə, yeni model istintaq prosesində operativliyi artırmaq, resurslardan daha səmərəli istifadəni təmin etmək və hüquqi prosedurları standartlaşdırmaq məqsədi daşıyır. Eyni zamanda, istintaq orqanlarının institusional müstəqilliyinin gücləndirilməsi də əsas hədəflərdən biri kimi göstərilir.

Qeyd edək ki, oxşar təcrübə bir sıra ölkələrdə tətbiq olunur. Məsələn, Rusiyada fəaliyyət göstərən Rusiya İstintaq Komitəsi modeli istintaq funksiyalarının prokurorluq və digər qurumlardan ayrılaraq müstəqil qurumda cəmlənməsini nəzərdə tutur. Qazaxıstandakı analoji strukturlar isə istintaqın müstəqil və mərkəzləşdirilmiş formada həyata keçirilməsinə imkan yaradır.

Hələlik məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, Dövlət İstintaq Komitəsinin yaradılması üçün qanunvericilik bazasının formalaşdırılması və müvafiq dəyişikliklərin edilməsi gözlənilir.скачать dle 11.3
Mojo.az Banner