Mojo.az — elanlar
Son Xəbərlər
13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |     12:37 Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər  |     12:36 İcbari tibbi sığortaya ayrılan vəsait artırılır  |     12:33 Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular  |     12:30 Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü  |     12:28 Gələn il dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq  |     12:23 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"  |     12:20 Naxçıvana ayrılan dotasiya azaldılır  |     12:19 Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü  |     12:14 Xırdalanda evlər dəyərindən aşağı satılır - Qiymətlər açıqlandı - Video  |     12:04 Bu mənzillərdə qaz sobaları və kombilər elektriklə əvəzlənəcək – AÇIQLAMA  |     11:53 Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - FOTO  |     11:49 Bakıda dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri həbsdən buraxıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

İran yığması dünya çempionatı ilə vidalaşır?

30.03.2026 20:03 867
İran yığması dünya çempionatı ilə vidalaşır?
İran Futbol Federasiyası Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasına (FIFA) rəsmi məktub ünvanlayıb. Müraciətdə ABŞ və İsraillə davam edən münaqişənin ölkənin idman infrastrukturuna ciddi ziyan vurduğu vurğulanıb.

Bu barədə məlumatı İSNA agentliyi yayıb.

"Dərin təəssüf və kədər hissi ilə bildiririk ki, İran İslam Respublikasının ərazisinə edilən qanunsuz hərbi təcavüz nəticəsində idman obyektlərinə, xüsusilə də ölkə futboluna ağır zərbə dəyib", - deyə FIFA-ya göndərilən məktubda qeyd olunub.

Xatırladaq ki, növbəti dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə baş tutacaq. Turnirə vəsiqə qazanan İran millisi Belçika, Misir və Yeni Zelandiya yığmaları ilə birlikdə G qrupunda qərarlaşıb. Komandanın qrup mərhələsindəki hər üç qarşılaşmasının məhz ABŞ-də keçirilməsi nəzərdə tutulur.

Bundan əvvəl, martın 11-də İranın idman naziri Əhməd Donyamali mövcud vəziyyətlə əlaqədar milli komandanın DÇ-2026-da iştirakının qeyri-mümkün olduğunu bəyan etmişdi. Öz növbəsində, ABŞ Prezidenti Donald Tramp da İran yığmasının 2026-cı ildə keçiriləcək mundialda iştirakını yersiz adlandırmışdı.

Eyni zamanda, martın 27-də yayılan məlumatlara görə, İran hökuməti ölkənin milli idman komandalarının "dost olmayan ölkələrdə" təşkil edilən yarışlara qatılmasına rəsmi şəkildə qadağa qoyub.

Son xəbərlər