Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda yarımçıq saxlanılmış Dünya Kubokunda mükafatlandırılanlar olacaq

10.04.2020 13:45 4 810
Bakıda yarımçıq saxlanılmış Dünya Kubokunda mükafatlandırılanlar olacaq
Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsi Bakıdakı yarışlarla bağlı qərarlarını açıqlayıb.

12-15 mart tarixlərində Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku martın 13-də koronavirusa görə yarımçıq saxlandığından, bu yarış barədə qərar verilib.

Belə ki, finala vəsiqə qazanan idmançıların təsnifat mərhələsindəki göstəriciləri yekun sayılacaq və onlar mükafatlandırılacaq.

Həmçinin, 2020-ci ildə təxirə salınmış dünya çempionatları ilə bağlı da qərarlar açıqlanıb. Bu il 14-16 mayda Bakıda keçirilməsi planlaşdırılmış, lakin təxirə salınmış aerobika gimnastikası üzrə dünya çempionatı 2021-ci ildə baş tutacaq. Bunun üçün Azərbaycan Gimnastika Federasiyası ilə yeni tarixlər müzakirə olunacaq.

Qeyd olunub ki, Kopenhagendəki idman gimnastikası və Bakıdakı batutda tullanma üzrə dünya çempionatları, əvvəlki kimi, 2021-ci il tarixlərində keçiriləcək. Həmçinin, 2021-ci ildə keçiriləcək bədii gimnastika üzrə dünya çempionatına namizəd ölkənin axtarışı prosesinin davam etdiyi vurğulanıb.скачать dle 11.3
Mojo.az Banner