Mojo.az Banner
Left Banner
Right Banner

Bakıdakı dünya çempionatı da təxirə salındı

23.03.2020 18:00 4 071
Bakıdakı dünya çempionatı da təxirə salındı
Bakıda keçirilməli olan aerobika gimnastikası üzrə XVI dünya çempionatı təxirə salınıb.

Bunu Beynəlxalq Gimnastika Federasiyası (FIG) açıqlayıb.

Mayın 14-16-da baş tutmalı olan yarış qeyri-müəyyən müddətə keçirilib. Buna koronavirus pandemiyası səbəb olub. Həmçinin, 8-10 may tarixlərində keçirilməli olan IX Dünya Yaş Qrupu yarışı da təxirə düşüb.

Qeyd edək ki, FIG martın 17-də bədii gimnastika üzrə Dünya Kubokunun da təxirə salındığını açıqlamışdı. Olimpiadaya lisenziya verən həmin yarış 24-26 apreldə keçirilməli idi.скачать dle 11.3
Mojo.az Banner