Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda iyulun 3-dək heç bir beynəlxalq yarış keçirilməyəcək

08.04.2020 16:54 3 503
Bakıda iyulun 3-dək heç bir beynəlxalq yarış keçirilməyəcək
22 iyun – 3 iyul tarixlərində Bakıda keçirilməsi planlaşdırılan stend və güllə atıcılığı üzrə Dünya Kuboku ləğv olunub.

Beynəlxalq Atıcılıq İdmanı Federasiyası COVID-19 pandemiyası ilə əlaqədar olaraq üç Dünya Kuboku yarışını ləğv edib.

Bakıdan başqa, stend və güllə atıcılığı üzrə Hindistanın Yeni Dehli şəhərində 5-13 may və 20-29 may tarixlərində keçirilməsi nəzərdə tutulan Dünya Kuboku yarışlarının da ləğv edilməsinə qərar verilib.

Bu isə o deməkdir ki, ən azı iyulun 3-dək Azərbaycanda heç bir beynəlxalq yarış baş tutmayacaq.

Qeyd edək ki, daha əvvəl Bakıda gimnastika yarışları, karate üzrə Avropa çempionatı, cüdo üzrə Böyük Dəbilqə, paracüdo üzrə Qran Pri, “Formula 1” üzrə Azərbaycan Qran Prisi təxirə salınıb. Həmçinin dörd oyunu Bakıda baş tutacaq futbol üzrə Avropa çempionatı da 2021-ci ilə keçirilib.скачать dle 11.3
Mojo.az Banner