Mojo.az Banner
20:43 Bakıda bu zolaqlar qüvvədən düşür - SABAHDAN  |     20:38 270 min hektardan çox ərazi mina və hərbi sursatdan təmizlənib  |     20:29 "Space" TV-də 2 aydan çox yığılıb qalan borclar bağlandı  |     20:23 İstidə buz kimi ayran içənlərə XƏBƏRDARLIQ  |     20:15 Xalq artistinin qardaşı ağır əməliyyat keçirdi  |     20:10 Çimərliyə gedənlərin nəzərinə: Virusa yoluxa bilərsiniz  |     20:07 Evi təmizləyəndə çıxan toz da hantavirus yarada bilər  |     19:52 BMT baş katibinin müavini Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub  |     19:46 Kim Çen In Prezident İlham Əliyevi təbrik edib  |     19:36 Qurbanlıq heyvanların satışı və kəsiminə nəzarət gücləndirilir - Video  |     19:18 Qızılbalıqdan belə daha çox D vitamini olan 3 məhsul  |     19:17 Müəllimlərin NƏZƏRİNƏ: Sabahdan vakansiya seçiminə start verilir  |     19:05 SEPAH: Hörmüz boğazından 35 gəmi keçib  |     18:51 Bakının daha bir küçəsində minib-düşmə yeri təşkil edildi - FOTO  |     18:41 Bəzi rayonlarda yağış yağır, Göyçaya dolu düşüb - FAKTİKİ HAVA  |     18:38 Leyla Əliyeva yeni şeirini təqdim edib - FOTO  |     18:14 Dələduzluqda təqsirləndirilən sabiq PARTİYA SƏDRİNƏ HÖKM OXUNDU  |     17:52 Cəbrayılda Bərəkət Festivalı keçiriləcək  |     17:34 Mayın 17-də imtahan verənlər üçün NÖVBƏTİ ŞANS: DİM-dən MÜHÜM QƏRAR  |     17:24 Mehdiabad qəsəbəsinin qaz təchizatı dayandırılacaq  |    
Left Banner
Right Banner

Azərbaycanda böyrək xəstələrinin sayı niyə çoxalıb? - Video

25.03.2026 11:44 651
Azərbaycanda böyrək xəstələrinin sayı niyə çoxalıb? - Video
Böyrək xəstələrinin sayı ildən-ilə artır. Hətta onların arasında yeni doğulmuş və yetkinlik yaşına çatmayan uşaqlar da var. 2011-ci ildən bu günə qədər 56 uşağa böyrək köçürmə əməliyyatı həyata keçirilib. Bunlardan ən kiçiyinin 4 yaşı var.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssisi, həkim-nefroloq Hikmət İsmayılovun sözlərinə görə, son illərdə xroniki böyrək xəstəliklərinin geniş yayılması mütəxəssisləri ciddi narahat edir.

Böyrək xəstəliklərinin yaranmasında əsas səbəblərdən biri şəkərli diabetdir. Bundan başqa, böyrəyin funksiyasının zəifləməsinə səbəb olan digər xəstəliklər də mövcuddur. Bu xəstəliklərdən əziyyət çəkən şəxslər risk qrupuna daxildirlər.

Hikmət İsmayılov bildirib ki, xroniki böyrək xəstəliyinin səbəbindən, mərhələsindən və inkişaf dərəcəsindən asılı olaraq bəzi hallarda xəstədə heç bir şikayət müşahidə olunmaya bilər. Bununla yanaşı, böyrək nahiyəsində ağrılar, tez yorulma, halsızlıq, iştahasızlıq, ödemlər, yüksək arterial təzyiq, ürəkbulanma və qusma kimi əlamətlər də yarana bilər. Eyni zamanda narahat ayaqlar sindromu, qaşınma və əzələ qıcolmaları kimi şikayətlər də mümkündür.
скачать dle 11.3
Mojo.az Banner