Mojo.az Banner
15:01 "Atlant"la bağlı qalmaqal davam edir - Zərərçəkmişlər istəyinə nail ola biləcəkmi?  |     14:50 Böyük Britaniya səfiri Azərbaycanı tərk edir  |     14:43 Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri açıqlandı  |     14:35 Qobustanda körpünün çökdüyü ərazidən son görüntülər - Video  |     14:28 İki həmyaşıdını bıçaqlayan gəncə hökm oxundu  |     14:04 Əməkdar artist xəstəxanaya yerləşdirildi  |     14:01 Tullantılarla mübarizə yoxsa laqeydlik? – Mövcud vəziyyət təhlil edildi  |     13:52 Şəkidə yaşayanların DİQQƏTİNƏ! Bu şəxslərin uçotu aparılır  |     13:51 Bakıda keçirilən WUF13-də 53,5 min iştirakçı qeydə alınıb  |     13:45 Bakı-Tbilisi qatarında daha ucuz qiymətə sərnişin daşınması müzakirə edilir - RƏSMİ  |     13:41 Alimpaşa Məmmədovun işinə baxmış hakim VƏZİFƏSİNDƏN AZAD EDİLİR  |     13:19 Azərbaycandakı yeganə əqrəb ferması: Bir litri 10 milyon dollardır? (VİDEO)  |     13:15 Tiflis marşrutu üzrə nə qədər bilet satılıb?  |     13:14 Sumqayıt Apellyasiya Məhkəməsinə yeni hakim təyin ediləcək  |     13:13 Azərbaycanda YENİ CƏRİMƏLƏR müəyyənləşir  |     13:11 Günəşdə aktivlik artır  |     13:08 Türkiyədə narkotik əməliyyatlarında saxlanılan məşhurlarla bağlı YENİ QƏRAR  |     12:59 Bakıda istiqaməti dəyişdirilən avtobusların hərəkət sxemi bərpa edilir  |     12:54 AZAL Naxçıvan reyslərini yenidən bərpa edib  |     12:53 Azərbaycan nefti bahalaşdı  |    
Left Banner
Right Banner

Bakıda parkın ərazisi niyə hasarlanıb? - Sakinlərdən ŞİKAYƏT - Video

23.03.2026 12:18 735
Bakıda parkın ərazisi niyə hasarlanıb? - Sakinlərdən ŞİKAYƏT - Video
Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar bildiriblər ki, paytaxtın Nərimanov rayonu ərazisində, Seyid Cəfər Pişəvəri parkında gəzinti üçün nəzərdə tutulan piyada səkiləri qapadılıb. Bu da həmin vətəndaşların istirahətində və gediş-gəlişində maneələr törədib.

Məsələ ilə bağlı sakinlərdən biri narazılığını belə ifadə edib:

"Bu tikintinin tikilməyi xalqımız üçün xeyirlidir. Amma insanların istirahəti üçün maneçilik yaradırlar. Yaxşı olardı ki, elə bir mövqe seçərdilər ki, insanlar sərbəst burada hərəkət edə bilsinlər. Mən bu gün velosipedlə qayıdanda gördüm maneçilik yaranır, məcbur olub başqa bir yoldan getmişəm".

Digər bir sakin isə mövzuya bu cür münasibət bildirib:

"Yəqin ki, bunlar təhlükəsizliyə görə bağlayıblar buranı. Orada bina tikilir. Əvvəldən düşünsələr, daha yaxşı olardı. Biz bu yolla gedib-gəlirdik, indi məcburuq digər yolla gedək".

Məsələ ilə bağlı parkın rəhbərliyindən bildirilib ki, sözügedən ərazidə mövcud kommunikasiyaların daha böyük diametrli xətlərlə yenilənməsi işləri aparılır. İşlər lokal xarakter daşıyır və ən qısa zamanda yekunlaşacaq.
скачать dle 11.3
Mojo.az Banner