Mojo.az — elanlar
Son Xəbərlər
13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

"TikTok"da söyüş söyən şəxs həbs edildi: "Cadunun təsiri altında oluram" - TƏFƏRRÜAT

13.03.2026 15:07 759
Sabirabad rayonunda sosial şəbəkədə nalayiq ifadələr işlədən şəxs məsuliyyətə cəlb edilib.

Median.Az
"Teleqraf"a istinadla xəbər verir ki, rayon sakini, 1992-ci il təvəllüdlü Cəlil Süleymanov (adı və soyadı şərtidir) sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə ittiham elan olunub.

İş üzrə ifadə verən Süleymanov bu ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində özünə məxsus "TikTok" sosial şəbəkəsində nalayiq ifadələr işlətməsinin səbəbini belə izah edib:

"Bu nalayiq ifadələri yönəltdiyim şəxslərin mənə etdikləri cadu əməlləridir. Nalayiq ifadələri işlədən zaman cadunun təsiri altında oluram. Özümə gələndən sonra əməlimdən peşman olaraq həmin paylaşımları silirəm. Hazırda da əməlimdən peşmanam".

Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Süleymanov 10 gün müddətinə həbs edilib.

Son xəbərlər