Mojo.az Banner
Left Banner
Right Banner

Qazıntı aparılan yerdən 171 nəfərin meyiti aşkarlandı

27.02.2026 20:29 396
Qazıntı aparılan yerdən 171 nəfərin meyiti aşkarlandı
Konqo Demokratik Respublikasının Uvira şəhərində qazıntı işləri aparılan yerdən kütləvi məzarlıq aşkar edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, məzarlıqdan ümumillikdə 171 meyit tapılıb.

Kütləvi məzarların M23 üsyançı qrupunun Uviranı idarə etdiyi dövrə aid olduğu güman edilir. Xatırladaq ki, M23 qrupu 2025-ci ilin dekabr ayında Uviranın nəzarətini ələ keçirib və eyni ayın sonunda şəhərdən geri çəkilib.скачать dle 11.3
Mojo.az Banner