Mojo.az — elanlar
Son Xəbərlər
16:49 Azərbaycanda bəzi mənzillər bahalaşacaq  |     16:29 Xarici ölkə vətəndaşlarının tapşırıqlarını yerinə yetirənlər ələ keçdilər - Əməliyyatın videosu  |     16:27 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     16:18 Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi  |     15:49 Müğənni Jony nadir xəstəliyə tutulub  |     15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan vətəndaşı Türkiyədə qəzada öldü

27.02.2026 15:33 843
Azərbaycan vətəndaşı Türkiyədə qəzada öldü
Türkiyədə iki yük maşınının toqquşması nəticəsində baş verən ağır yol-nəqliyyat hadisəsində Azərbaycan vətəndaşı həlak olub.

Median.Az
"Demirören" agentliyinə istinadən xəbər verir ki, hadisə fevralın 26-da Sivas-Tokat yolunun Çamlıbel aşırımında baş verib.

Məlumata görə, maşınlardan birinin sürücüsü, 41 yaşlı Azərbaycan vətəndaşı Elməddin Qurbanov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qeyd olunub ki, digər maşındakı iki nəfər xəsarət alaraq, xəstəxanaya aparılıblar. Onların həyati təhlükəsinin olmadığı bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər