Mojo.az Banner
20:09 Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - VİDEO  |     20:02 Yol polisi yük avtomobillərinin sürücülərinə çağırış etdi  |     19:56 Bakıda avtobuslarla sərnişindaşıma artıb  |     19:51 Göygöldə qanunsuz tikili sökülüb - VİDEO  |     19:43 Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu  |     19:38 Bərdədə avtomobil eşşək arabasına çırpıldı - Ölən var  |     19:30 Türkiyə Azərbaycan helikopterləri üçün yeni pulemyotlar verəcək  |     19:24 Bir qrup ukraynalı uşaq reabilitasiya keçmək üçün Azərbaycana gətirilib  |     19:15 13 yaşlı oğlan faciəli şəkildə öldü  |     19:10 Bakıda hazırda hansı yollarda sıxlıq var? - SİYAHI  |     19:03 Kolleclərin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI  |     17:06 İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN  |     16:54 Dünya təcrübəsi Azərbaycana gəlir – Bakı küçələri avtomobillərdən təmizlənəcək?  |     16:51 Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB  |     16:44 Kobaxidze: "Gürcüstan və Azərbaycan arasında heç bir gərginlik yoxdur"  |     16:28 Vüsal Şilderin qətli 10 000 manata icra olunub?  |     16:15 Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: "Bizi görüb qaçdı" - VİDEO  |     16:14 Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ  |     16:13 Pakistanda azərbaycanlı qadına qarşı DƏHŞƏT: Üç kişi tərəfindən zorlandı  |     15:51 Üç uşağı nəzərə alındı, həbsə getmədi - 117 min manatlıq iş üzrə hökm  |    
Mojo.az Avto
Mojo.az Avto

Mütəxəssis rəyi: Qan təzyiqi qəfil yüksəldikdə atılmalı olan ilk addımlar

27.02.2026 12:00 687
Mütəxəssis rəyi: Qan təzyiqi qəfil yüksəldikdə atılmalı olan ilk addımlar
"Əgər arterial təzyiqiniz qəfildən yüksələrsə, otağı havalandırın, paltarlarınızın yaxasını və ya düymələrini açın, bir qədər su için, oturun və ya uzanın. Bu addımlar dərman qəbul etmədən qan təzyiqinin qısa müddətdə sabitləşməsinə kömək edə bilər. Lakin təzyiq enməzsə, həkiminizin təyin etdiyi dərmanları qəbul etməli və tibbi yardım almalısınız".

Median.Az
xəbər verir ki, bunu Gazeta.ru-ya rusiyalı kardioloq və lipidoloq Valentina Baydina deyib.

Mütəxəssis bildirib ki, həkim tərəfindən tövsiyə olunan müalicə olmadan qan təzyiqini özbaşına aşağı salmağa çalışmaq insult və infarkt da daxil olmaqla ciddi fəsadlara səbəb ola bilər.

"Təhlükəli vəziyyətin əlamətlərinə güclü baş ağrısı, ürəkbulanma, qusma, ətraflarda və üzün müəyyən hissələrində uyuşma, həmçinin nitq pozğunluğu daxildir", - deyə o qeyd edib.

Həkimin sözlərinə görə, hipertoniya fonunda qan təzyiqinin kəskin yüksəlməsi çox vaxt bir neçə amilin birgə təsiri nəticəsində baş verir. "Bunlara stres, hava şəraitinin qəfil dəyişməsi, xroniki yuxu çatışmazlığı, uzunmüddətli uçuşlar və hormonal dalğalanmalar daxildir", - deyə Baydina vurğulayıb.

Onun sözlərinə görə, bəzi hallarda təzyiq iltihabi proseslər və yoluxucu xəstəliklər - qrip, COVID-19 və digər kəskin respirator virus infeksiyaları fonunda da arta bilər.

Mütəxəssis əlavə edib ki, uzunmüddətli perspektivdə hipertoniyanın profilaktikası dərman terapiyası ilə yanaşı, həyat tərzinin korreksiyasını da əhatə etməlidir. Arterial təzyiq göstəriciləri normal olduğu və əks-göstərişlər olmadığı halda orta fiziki aktivlik, açıq havada gəzintilər, artıq çəkidən azad olma, siqaret və spirtli içkilərdən imtina mühüm rol oynayır.скачать dle 11.3
Mojo.az Banner