Mojo.az Banner
18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |     17:58 Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi  |     17:48 Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq  |     17:24 Hicaba görə məktəbə getməyən uşağın valideyni 100 manat cərimələnə bilər – AÇIQLAMA  |     15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Dörd ay əvvəl təyin edilən vəzifəli şəxs qanunu pozdu: Məhkəmə barəsində qərar verdi

25.02.2026 15:38 555
Dörd ay əvvəl təyin edilən vəzifəli şəxs qanunu pozdu: Məhkəmə barəsində qərar verdi
"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin "Naxçıvan Yol Təmir Tı̇kı̇nti İstı̇smar" Məhdud Məsuliyyətli Cəmı̇yyətinin (MMC) yeni direktoru cərimələnib.

Median.Az
"Qaynarinfo"ya istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yer təkindən qanunsuz istifadəyə görə MMC-nin qanuni təmsilçisi və direktoru Hidayət Ədalət oğlu İmanov barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) protokol tərtib edib və işə məhkəmədə baxılıb.

Məhkəmədə məlum olub ki, Babək rayonunun Nəhəcir kəndində (Qahab bələdiyyəsinin mülkiyyətində olan ərazidə) "Naxçıvan Yol Təmı̇r Tikı̇nti İstı̇smar" MMC-yə qarışıq süxurun götürülməsinə icazə verilib. Amma MMC tərəfindən həmin ərazidə ayrılmış sahədən 3 100 kvadratmetr kənara çıxılaraq 6 665 kubmetr qarışıq süxur götürüb və heç bir icazə almadan yer təkindən qanunsuz istifadə edib.

Məhkəmənin qərarı ilə Hidayət İmanov İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinib və 5 000 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, ötən ilin noyabr ayında "Naxçıvan Yol Təmir Tikinti İstismar" MMC-nin direktoru Cəfər Muxtarov işdən çıxarılıb, yerinə Hidayət İmanov gətirilib.скачать dle 11.3
Mojo.az Banner