Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun

21.02.2026 22:00 678
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bir çox insan ayaqqabı qoxusuna qarşı onlarla vasitə sınasa da, problem bir müddət sonra yenidən qayıdır. Halbuki bahalı spreylərdən daha effektiv və sadə üsul mövcuddur. Məişət gigiyenası üzrə mütəxəssislər bildirirlər ki, əsas həll düzgün absorbent seçməkdir. Absorbentlər rütubəti çəkir və qoxunu bir gecəyə neytrallaşdırır.

Ən effektiv vasitə – qida sodası

Median.Az
xəbər verir ki, ən yaxşı nəticəni adi qida sodası verir. Soda ayaqqabının içindəki rütubəti azaldır və xoşagəlməz qoxuları udur. Onu birbaşa ayaqqabıya tökmək əvəzinə, pambıq kisəyə və ya coraba doldurmaq tövsiyə olunur. Bu üsul ağ izlərin yaranmasının qarşısını alır. Bir gecə ərzində soda artıq nəmi özünə çəkir. Qoxunun əsas səbəbi olan bakteriyalar isə çoxalma mühitini itirir.

Alternativ variantlar

Aktivləşdirilmiş kömür daha güclü təsir göstərir, xüsusilə idman ayaqqabılarında. O, həm qoxunu, həm də rütubəti eyni anda udur. Kiçik paketlərdə istifadə etmək rahatdır. Qəhvə dənələri də qoxunu neytrallaşdırır və yüngül ətir verir. Lakin bu üsul yalnız tünd rəngli ayaqqabılar üçün uyğundur, çünki açıq rəngli material rəngi özünə çəkə bilər. Bəzi insanlar ayaqqabının içinə sitrus qabığı qoyur. Bu üsul müvəqqəti təravət versə də, rütubət problemini həll etmir.

Nəyə diqqət etməli?

Ekspertlər xatırladır ki, qoxunun əsas səbəbi bakteriyalardır. Buna görə ayaqqabını düzgün qurudmaq vacibdir. Onu radiator və ya birbaşa istilik mənbəyinin üzərinə qoymaq olmaz. Bu, materiala zərər verə və problemi daha da dərinləşdirə bilər. Absorbentlər isə daha yumşaq və effektiv həll yoludur. Xüsusilə soda ən əlçatan və universal variant sayılır demək olar ki, bütün növ ayaqqabılar üçün uyğundur. Proseduru mütəmadi təkrarladıqda qoxu tamamilə aradan qalxa bilər. Ən önəmlisi isə odur ki, bu üsul sadəcə qoxunu maskalamır, onun səbəbini aradan qaldırır ( Lent.az).скачать dle 11.3
Mojo.az Banner