Mojo.az Banner
Son Xəbərlər
22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |     17:33 Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi  |     17:30 Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi  |     17:28 TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?  |     16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağciyəri təmizləmək üçün ən yaxşı 7 ÜSUL

23.07.2020 22:52 4 213
Ağciyəri təmizləmək üçün ən yaxşı 7 ÜSUL
Siqaret çəkmək ağciyərin sağlamlığına ziyan vuran ən ciddi amildir. Siqaret tüstüsü nəfəsalma sisteminin selikli qişasını zədələyir, kiçik bronxlar tutulur, ağciyərdə selik yığılır, nəfəsalma çətinləşir, xroniki öskürək, təngənəfəslik əmələ gəlir.

Statistika göstərir ki, 5 ildən çox siqaret çəkən insanların 80%-də xroniki bronxit inkişaf edir. Həmçinin bu pis vərdiş ağciyər xərçənginin əsas səbəbidir.

Median.Az xarici KİV-lərə istinadla xəbər verir ki, koronavirus epidemiyası zamanı dünyada siqaretdən imtina edən insanların sayı xeyli artıb. Bunun səbəbi banal qorxudur. Müşahidələr göstərir ki, siqaret çəkən insanlar koronavirus infeksiyasını daha ağır keçirir və bu infeksiyadan daha tez-tez ölürlər.

Siqaretdən imtina edən insan bilməlidir ki, zədələnmiş ağciyəri normal vəziyyətə qaytarmaq üçün çox vaxt tələb olunur. Bu prosesi müəyyən dərəcədə sürətləndirmək olar. Bunun üçün mütəxəssislərin bəzi tövsiyələrinə əməl etmək lazımdır:

1. Nəfəsalma gimnastikası. Bu üsul ağciyərin fəaliyyətini stimullaşdırır və orqan ziyanlı maddələr və selikdən daha tez təmizlənir.

2. Açıq havada gəzintilər. Xüsusilə iynəyarpaqlı ağaclar (şam, küknar, ağ şam və s.) olan yerlərdə gəzmək faydalıdır. Bu ağaclar nəfəsalma sisteminə çox müsbət təsir edən fitonsidlər ifraz edir.

3. Hamam və sauna. Ağciyəri təmizləyən ən yaxşı vasitələrdən biridir.

4. İnhalyasiyalar. Bu məqsədlə ağ şam və sidr ağaclarının iynəyarpağı, evkalipt, nanə, cökə bitkilərindən dəmləmələr istifadə olunur.

5. Üzgüçülük, fitnes, orta tempdə qaçış.

6. Qida. Bəzi qida məhsulları ağciyərin təmizlənməsi proseslərini sürətləndirir, ağciyərdə iltihabı azaldır. Bu məhsullar arasında:

- Kalsiumla zəngin olan qida məhsulları – ilk növbədə süd məhsulları (kəsmik, qatıq, kefir, xama), şokolad, kakao, göyərti.

- Kələmin bütün növləri (ağ, qırmızı, gül kələmi, brokkoli və s.). Kələmin tərkibində olan faydalı maddələr və xüsusilə nadir sulforafan maddəsi ağciyəri təmizləyir, ağciyərdə fibrozun qarşısını alır.

- Limon, itburnu, moruq, qara qarağat. Bu məhsullar nəfəs yollarına müsbət təsir edən C vitamini ilə zəngindir.

- Kərə yağı, qaraciyər, yumurta. Bu məhsulla A vitamini ilə zəngindir. A vitamini ağciyərin sağlamlığında olduqca böyük rol oynayır.

- Zəncəfil və sarıkök. Bu ədviyyatlar ağciyərdə iltihabları azaldır, nəfəsalmanı yaxşılaşdırır. Zəncəfili çay kimi dəmləyib içə bilərsiniz. Sarıkökü 1/3 ç.q olmaqla suya qarışdırıb içmək olar.

7. Su. Bu ən yaxşı detoks vasitəsidir. Suyun qəbulunu artırın. Gün ərzində ən azı 1-1,5 l su için.скачать dle 11.3

Son xəbərlər