Mojo.az Banner
SON DƏQİQƏ
12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |     11:30 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? - Video  |     11:29 "Flydubai"nin kapitanı əlində balta olan ikinci pilotdan necə müdafiə olunduğunu danışıb  |     11:23 Azərbaycanda çıxarışsız evlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |     11:16 Novruz bayramı günü bibisinin oğlunu öldürdü  |     23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |    
Mojo.az Avto
Mojo.az Avto

Koronavirus siqaret çəkənlərdə daha ağır fəsadlar törədir

13.03.2020 23:35 2 895
Koronavirus siqaret çəkənlərdə daha ağır fəsadlar törədir
Dünyada bir nömrəli gündəm hadisəsi halına gələn koronavirus (COVID-19) siqaret çəkənlərdə daha ağır fəsadlar törədir.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Bahçeşehir Universitetinin tibb fakültəsinin xalq sağlamlığı fundamental elm sahəsinin rəhbəri Melike Yavuz bildirib.

Dünyada minlərlə insanın ölümünə səbəb olan koronavirusun ən çox xroniki xəstəlikləri olan, xüsusilə ağciyər problemləri ilə qarşılaşan insanlara təsir etdiyini bildirən M.Yavuz virusun siqaret çəkən şəxslərdə daha ağır fəsadlara yol açdığını vurğulayıb.

O deyib: "Bu virus tənəffüs yollarına təsir edən bir xəstəlikdir. Ağır hallarda tənəffüs çatışmazlığı və hətta ağciyər yetməzliyi ilə nəticələnir. Ölümə səbəb olan da daha çox bu hallardır. Bəlli olduğu kimi siqaret ən çox ağciyərə mənfi təsir göstərir. Bu, insanların siqaret çəkmə müddəti və ağciyərdə nikotinin miqdarına görə dəyişir. Elmi tədqiqatlar onu göstərir ki, siqaretdən vaxtında imtina edildikdə bu risk əhəmiyyətli dərəcədə azalır. Misal üçün 30 yaşdan əvvəl siqaretdən imtina edənlərin ağciyərləri heç çəkməyənlər qədər təmiz ola bilir. Burada vacib olan bu zərərli maddədən istifadəni azaltmaq deyil, məhz ondan imtina etməkdir".

Siqaretin koronavirus meydana çıxmazdan əvvəl də ölümcül xəstəliklərə yol açdığını deyən M.Yavuz bildirib ki, risk yalnız virusla bağlı deyil, siqaret çəkmə ürək-damar xəstəlikləri və ağciyər xərçəngi kimi bir sıra problemlər də yaradır.скачать dle 11.3

Son xəbərlər