Siqaret çəkənlər koronavirusu yüngül keçirir? - AÇIQLAMA
Məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bu fikirlərin əsassız olduğunu bildirib.
O qeyd edib ki, siqaret çəkməyin və nikotinin xəstəliyin daha yüngül keçməsinə səbəb olması fikri əsaslı deyil:
“Əksinə uzun müddət siqaret çəkən insanların tənəffüs yollarında xroniki iltihablaşma gedir ki, bu da həmin insanlarda koronavirusa yoluxma zamanı daha ciddi ağırlaşmalara səbəb ola bilər”.
//Trend