Mojo.az Banner
19:04 Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq  |     18:59 Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı  |     18:52 Yoxlamalara dair yeni qadağa  |     18:47 Azərbaycanda bu şəxslər üçün 20 illik vergi güzəşti müəyyənləşir  |     18:39 30-a yaxın işçi "BI Group" şirkətindən maaşlarını ala bilmirlər - VİDEO  |     18:33 Bakıda plana düşən 200-dən çox ev sökülür - VİDEO  |     18:25 "Tərəqqi" medallı keçmiş direktor dünyasını dəyişdi  |     17:52 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |     17:41 Vətəndaşlarla təhsil sektorunun işçisi arasında DAVA DÜŞDÜ - VİDEO  |     17:33 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper məhkəməyə verildi  |     17:09 İlanlar binalara və evlərə niyə girir? – Zooloqdan MÜHÜM açıqlama  |     17:07 Bakıda maşında meyit tapıldı  |     16:55 Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA - ÖZƏL  |     16:53 2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA  |     16:48 Külək güclənir - XƏBƏRDARLIQ  |     16:46 Boşandıqdan sonra eyni evdə yaşamaq məcburiyyətində qalanlar bunu bilməlidir  |     16:40 Mövsümi ucuzlaşma bitir: Meyvə-tərəvəz qiymətləri yenidən arta bilər  |     16:35 Kilosu 37 manat olan kolbasa piydən ibarətdir? — "Çiy ət dadı verir" - AÇIQLAMA  |     15:47 Bakıda daha bir küçədə avtobuslar üçün xüsusi zolaq yaradıldı  |     13:58 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA  |    
Mojo.az Avto
Mojo.az Avto

Siqaret çəkmək koronavirusa yoluxma ehtimalını artırır? - ARAŞDIRMA

15.04.2020 21:20 3 607
Siqaret çəkmək koronavirusa yoluxma ehtimalını artırır? - ARAŞDIRMA
Alimlər siqaret çəkən insanların koronavirusa yoluxma ehtimalını araşdırıblar.

Median.Az
xəbər verir ki, bu barədə məqalə “European Respiratory Journal”da yer alıb.

Əsasən simptomsuz keçən koronavirus infeksiyasının səhhəti ağırlaşdırma faktorlarını tədqiq edən araşdırmaçılar xüsusilə ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) və siqaret çəkmənin təsirlərinə diqqət yetiriblər.

AXOX bronx, bronxiol və alveolların zədələnməsinə deyilir. Bu, infeksiyalara yol açır, bronxlar və alveollar öz funksiyalarını yerinə yetirməyi dayandırırlar: onlardan hava keçmir və qaz mübadiləsi prosesi pozulur. Çində koronavirusun alovlanması dövründə həkimlər AXOX-a malik pasiyentlərdə COVID-19-un ağır keçməsinə fikir veriblər.

Britaniya Kolumbiyası Universitetinin əməkdaşları AXOX-si olan ağciyərlərdə hüceyrələri koronavirus üçün əlçatan edən faktorların olduğunu güman edirlər.

Araşdırma nəticəsində məlum olub ki, siqaret çəkən və AXOX-si olan insanların koronavirusa yoluxma ehtimalını artıran onların hüceyrələrində olan ACE2 zülalının çox olmasıdır.

Maraqlıdır ki, siqareti tərgidən insanların ağciyərlərində də ACE2-nin miqdarı, ümumiyyətlə, siqaret çəkməyənlərdən çoxdur. Bununla belə, hazırda siqaret çəkən və tərgidənin hüceyrələrində zülalların miqdarı fərqlənir.скачать dle 11.3
Mojo.az Banner