Mojo.az Banner
13:46 Ucuzluq bizi aldadır? – Endirimlərin görünməyən tərəfi  |     13:36 "Roşka"ya cəza istənildi  |     13:19 Suda boğulanlarla bağlı SON STATİSTİKA - Neçə nəfərin cəsədi tapılıb?  |     12:59 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı  |     12:51 Hakerlər Pentaqonun üç milyon əməkdaşının məlumatlarını ƏLƏ KEÇİRİB  |     12:28 Növbəti dövrdə manatın məzənnəsi necə olacaq?  |     12:23 Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü  |     12:09 Yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər  |     12:06 Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ - VİDEO  |     12:02 Olimpiya çempionunun 1,1 milyon manatlıq helikopterini OĞURLADILAR  |     11:57 Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT  |     11:47 Kredit götürənlərin sayı artır: Qiymətlər də bahalaşacaq?  |     11:38 Azərbaycan nefti ucuzlaşdı  |     11:32 Bakıda DƏHŞƏT: Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi  |     11:31 Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?  |     11:17 Aşpaz işləyən qazi faciəli şəkildə öldü  |     23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |    
Mojo.az Avto
Mojo.az Avto

"Dominos Pizza"da 5500 manatlıq oğurluq

20.02.2026 21:34 444
Yasamal rayonunda yerləşən "Dominos Pizza” iaşə obyektində oğurluq hadisəsi baş verib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, obyektdən ümumi dəyəri 1500 manat olan "Post monitor touch” markalı iki ədəd post monitor, ümumi dəyəri 480 manat olan "HP” markalı iki ədəd monitor, dəyəri 1500 manat olan HP markalı kompüter dəsti, dəyəri 1200 manat olan nərdivan və dəyəri 900 manat olan "HP” markalı prosessor oğurlanıb.

Hüquq-mühafizə orqanlarına müraciət nəticəsində cinayəti törətməkdə şübhəli bilinə şəxs saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrlə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işinə Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş itiham üzrə özünü qismən təqsirli bilib. Məhkəmənin hökmü ilə ona 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

"Dominos Pizza” Azərbaycanda 2014-cü ildə "Domino S” MMC adı altında qeydiyyatdan keçib. MMC-nin qanuni təmsilçisi Məniçöhr Əhədpur Xangah Əli oğludur. O, mediada föqvəladə hallar naziri Kəmaləddin Heydərovun biznes ortağı kimi təqdim edilir.скачать dle 11.3
Mojo.az Banner