Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarında mübarizəyə başlayır
17 yaşlı dağ xizəkçisi slalom növündə qüvvəsini sınayacaq. Yarış İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina d'Ampetsoda keçiriləcək.
Xatırladaq ki, bundan öncə ölkəmizin fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 63.63 xal toplayıb. O, 29 iştirakçı arasında sonuncu pillədə qərarlaşaraq mübarizəni dayandırıb.
Məlumat üçün bildirək ki, Azərbaycanın iki atletlə qatıldığı "Milan-Kortina-2026" Qış Olimpiya Oyunları fevralın 22-də başa çatacaq.
