Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

İtaliya Olimpiya Oyunlarında ümumi barışıq təşəbbüsü ilə çıxış edəcək

07.10.2025 20:07 837
İtaliya Olimpiya Oyunlarında ümumi barışıq təşəbbüsü ilə çıxış edəcək
İtaliyanın xarici işlər naziri Antonio Tayani bildirib ki, Roma qarşıdan gələn Olimpiya Oyunları zamanı dünyadakı bütün münaqişələrin müvəqqəti dondurulmasına israr edəcək.

Bu barədə ANSA agentliyi məlumat yayıb.

"İtaliya getdikcə daha çox sülh, inkişaf və tərəqqinin kəsişdiyi nöqtəyə çevrilir. Biz Olimpiya Oyunlarının Milanda keçiriləcəyini nəzərə alaraq, Birləşmiş Millətlər Təşkilatına bütün müharibələr, o cümlədən Ukrayna və Yaxın Şərq müharibələri üçün Olimpiya barışığı təklifini veririk", - deyə Tayani bəyan edib.

Qış Olimpiya Oyunları 2026-cı ildə fevralın 6-dan 26-dək İtaliyanın Milan və Kortina-d`Ampettso şəhərlərində keçiriləcək.

Olimpiya barışığı Qədim Yunanıstan ənənələrindən qaynaqlanan beynəlxalq təşəbbüsdür. Antik dövrdə Olimpiya Oyunları zamanı müharibələr dayandırılırdı. Məqsəd idmançı və tamaşaçıların yarış yerlərinə təhlükəsiz gəlmələrini təmin etmək idi.

Müasir dünyada bu təşəbbüs 1990-cı illərdə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən dirçəldilib.

Son xəbərlər