Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu gün İtaliyada Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

06.02.2026 12:15 843
Bu gün İtaliyada Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün İtaliyada XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, "San Siro" stadionunda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bununla da oyunlar rəsmən açıq elan olunacaq.

Olimpiada tarixində ilk dəfə iki Olimpiya məşəli alovlandırılacaq. Biri Milanda, şəhərin ikonik abidəsi olan Sülh Tağının yaxınlığında, digəri isə Kortina d'Ampetsoda, Piatsa Dibona meydanında yerləşəcək.

Xatırladaq ki, Olimpiya Oyunları fevralın 4-də körlinq yarışları ilə start götürüb.

Azərbaycanı Qış Olimpiadasında dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev təmsil edəcək. Ölkəmiz indiyədək Qış Olimpiya Oyunlarında medal qazanmayıb və müstəqil dövlət kimi ilk dəfə 1998-ci ildə Yaponiyanın Naqano şəhərində təşkil olunan olimpiadada təmsil olunub. İndiyədək ən yüksək göstərici 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilən Oyunlarda qeydə alınıb. Fiqurlu konkisürmənin buzüstü rəqs növündə çıxış edən Yuliya Zlobina və Aleksey Sitnikov cütlüyü 12-ci yeri tutub.

Sonuncu dəfə 2022-ci ildə Pekində keçirilən Qış Olimpiya Oyunlarında Azərbaycan 2 idmançı ilə təmsil olunub. Fiqurlu konkisürmə üzrə yarışlarda Vladimir Litvintsev 18-ci, Yekaterina Ryabova isə 15-ci pillədə qərarlaşıb.

Azərbaycan Qış Paralimpiya Oyunlarına ilk lisenziyanı isə 2022-ci ilin fevralında qazanıb. Mehman Ramazanzadə kross-kantri növünün sprint kateqoriyasında Pekin Paralimpiadasında iştirak hüququ əldə etsə də, yarışın açılışına az qalmış məşq zamanı ağır zədə aldığı üçün rəsmi debüt baş tutmayıb.

Qeyd edək ki, "Milano-Kortina-2026" Qış Olimpiya Oyunları fevralın 6-dan 26-dək, Paralimpiya Oyunları isə martın 6-dan 15-dək Milan və Kortina d`Ampetso şəhərlərində təşkil olunacaq.скачать dle 11.3
Mojo.az Banner