Mojo.az Banner
21:31 Telegramda 187 mindən çox kanal bloklandı  |     21:17 Entoni Elanqa: ""Qarabağ" müsbət mənada qeyri-adi komandadır"  |     21:07 Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri ilə görüşdü (FOTO)  |     21:01 2026-cı ilin ilk Günəş tutulması başa çatıb  |     20:56 Tiktoker Sərdar həbs edildi  |     19:50 Ağdərədə itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı  |     19:13 Qazaxıstanda güclü zəlzələ baş verib  |     19:08 Moskvada azərbaycanlı cütlüyün ölümü ilə bağlı TƏFƏRRÜAT  |     19:07 Dayanacaqda çantasını unudan şəxsin 1200 manatlıq qızılları oğurlandı  |     18:57 Kinematoqrafçılar İttifaqında GƏRGİNLİK: Xalq artistindən AÇIQLAMA  |     18:48 Tiktoker "Renka" saxlanıldı  |     17:13 23 hərbi qulluqçu cəzadan azad edilib  |     17:07 Mingəçevirdə aşkarlanan saxta içkilərin satışı qadağan edilib - FOTO  |     16:45 Həbsdə olan sabiq rəis: "Yığılan rüşvət Vasif Talıbovun göstərişi ilə Seymur Talıbova verilib"  |     16:37 "Roşka"nın məhkəməsi növbəti ayadək təxirə düşdü  |     16:18 İlin ilk Günəş tutulması 18:27-də yekunlaşacaq  |     16:13 Bakıda qızını cinsi zorakılıqla hədələyən ata SAXLANILDI  |     16:11 Xızıda avtotəmir zamanı FACİƏ - 63 yaşlı kişi öldü  |     16:09 "Azərsilah"da yeni TƏYİNAT - FOTO  |     15:55 Kürdə adam batıb - Dalğıclar axtarışa başlayıb  |    
Left Banner
Right Banner

Bakıda kanalizasiyaya düşən gəncin anası: "Oğlumu ora niyə getməyi mənə qaranlıqdır"

17.02.2026 15:54 153
Bakıda kanalizasiyaya düşən gəncin anası:
Bakının Nərimanov rayonunda "Baksol" yolu ərazisində 27 yaşlı Cümşüd Cümşüdlünün faciəli ölümündə təqsirli bilinən Bakı Sukanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Median.Az
"Teleqraf"a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrlik etdiyi prosesdə təqsirləndirilən Azər Cümşüdov arayış verib. O bildirib ki, bundan əvvəlki iclasda zərərçəkmiş şəxsin hüquqi varisi Fərid Abbasova yas məclisi ilə bağlı açıqlama verib:

"Vidadi Abbasov tərəfindən yeyib-içmək verilməsi barədə dedikləri həqiqəti əks etdirmir. Mənim də iştirak etdiyim həmin yas məclisində 2 min adam olub. Yas el adətlərinə uyğun aparılıb. Allah rəhmət eləsin, mən Fəridə xanımın həyat yoldaşının da yasında iştirak etmişəm".

Daha sonra mərhumun anası Fəridə Abbasova ifadə verib. O, şikayətçi olduğunu, bu hadisənin bütün günahkarlarının qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını istəyib.

Fəridə Abbasovanın sözlərinə görə, məlum hadisə günü, yəni iyunun 26 qeyri-iş günü olub: "Biz də həmin günü evdə olmuşuq, istirahət etmişik. Mən həmin gün qızımgilə gedəcəkdim. Bundan əvvəl oğlumu bəzi şeylər almaq üçün mağazaya göndərdim. Xeyli vaxt keçsə də, oğlum geri qayıtmadı. Namaz vaxtına qədər oğlumu gözlədim. Azan verildi, namazımı qıldım.

Daha sonra oğluma zəng etdim, ona zəng çatmadı. Oğlum belə məsuliyyətsiz deyildi. Narahat oldum, axşam saat 12-yə qədər gözlədim. Daha sonra qaynımın oğluna dedim. O da dostları ilə əlaqə saxladı. Onların heç biri ilə görüşmədiyi məlum oldu. Mənim içimdə bir hiss oyandı ki, nəsə problem var. Bundan sonra qohumlar yığışdılar, axtarışa başladıq. Daxili İşlər Nazirliyinin "102" qaynar xətti ilə əlaqə saxladıq. Səhərə qədər gözlədik, amma xəbər çıxmadı.

Səhəri gün polis bölməsinə getdik. Oradan bizi Binəqədi Polis İdarəsinə göndərdilər. Məndən ağız suyundan test götürdülər. Daha sonra bizi Nərimanov Rayon Prokurorluğuna çağırdılar. Ora gedəndən sonra nə baş verdiyini anladım".

Fəridə Abbasova daha sonra ifadəsində göstərib ki, qaynı Vidadi Abbasov ondan şikayətçi olmamasını tələb edib: "Mənim yas vermək fikrim yox idi. Fikirləşirdim ki, kim istəsə, evimə gələr. Amma qaynım mənimlə məsləhətləşmədən iyulun 1-də yas mərasimi keçirdi. Oğlumun üç mərasimi iyunun 30-da olsa da, qaynım özü "Badamlıq" mərasim evində iyulun 1-də mənim xəbərim olmadan yas məclisi təşkil etdi.

Mənim yas verməyə gücüm çatırdı. Amma yas vermək istəmirdim. Qaynının oğlu Emin gəldi. Ona dedim ki, yas verməyə gücüm çatır, nə xərclənib, pulunu verim. Oğlumun toyu da, yası da budur".

Zərərçəkmiş şəxsin hüquqi varisi daha sonra deyib ki, Emin gəlib və onunla getməyini istəyib: "Dedi ki, dur mənimlə gedək, "Azərsu"yun işçiləri də ordadırlar. Mən ona dedim ki, getmirəm, yas öz evimdədir. Oğlumun ruhu da buradadır. Onunla aramızda mübahisə yarandı. Mənə dedi ki, getməsən, sən də, qızın da bizim üçün öləcək. Emin dedi ki, 30 min pul verilib, o pul da yasa xərclənib. Həmçinin bildirdi ki, başdaşı pulunun yarısını sən, yarısını da biz qoyaq, başdaşını düzəldək".

Sorğu-sual zamanı Fəridə Abbasova deyib ki, onların yaşadıqları evlə hadisə baş verən ünvan uzaqdır: "Oğlum evdən mağazaya getmək üçün çıxmışdı. Ora niyə gedib, bu, mənim üçün də qaranlıqdır. Ehtimal ki, oğlum həmin yerə maşın ustasının yanına gedib. Hadisədən əvvəl maşınla gələndə dedi ki, əyləci yaxşı işləmir".

Fəridə Abbasova bildirib ki, oğlunun ölümü ilə bağlı şikayətçi olub: "Bundan sonra qaynımla aramız dəydi. Mənə bildirdi ki, o vaxt ərim öləndə 2 qəbir yeri alıbmış. Halbuki onun pulunu da ərimin yasından artıqlaması ilə götürmüşdü. Buna baxmayaraq, dedi ki, atasının qəbrinin yanından oğlunun meyitini çıxart. Dedi ki, "Niyə şikayətçi oldun? Qadınsan, otur yerində".

Şahid qismində ifadə verən Bakı Sukanal İdarəsinin təmir tikinti şöbəsinin rəisi Yaşar Əhmədovun sözlərinə görə, qəza baş verən kimi Azər Cümşüdovu həmin əraziyə göndərib: "Hadisədən əvvəl həmin yerdə məhəccərlər qoyulub, təhlükəsizlik lenti çəkilmişdi. Həmin konstruksiyanı oradan kimin götürdüyünü araşdırmaq lazımdır. Hadisə baş verən ərəfədə ora özüm getməmişəm, Azər Cümşüdov gedib, şəkillərini çəkərək mənə atıb. Təhlükəsizlik ləvazimatları qoyulan əraziyə nəzarət etmək bizim vəzifəmiz deyil, ora xətt baxıcıları nəzarət etməlidir".

Şahidin sözlərinə görə, həmin ərazidə kanalizasiya xəttinin üzərində qanunsuz mağazalar tikilib. Qurumun hüquqşünasları bu mağazaların burada yerləşməsinin təhlükəli olduğunu obyekt sahiblərinə mütəmadi olaraq bildiriblər.

Növbəti proses martın 3-də davam edəcək.

Qeyd edək ki, ötən il iyunun 26-da paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşərək ölən 27 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Baş vermiş hadisə ilə bağlı Bakı Sukanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.

Xatırladaq ki, ailənin yeganə övladı olan Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra - iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.

Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner