Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Gənc oğlanın kanalizasiya xəttinə düşərək ölməsinə dair məhkəmədə yeni vəsatətlər verildi

23.12.2025 13:21 768
Gənc oğlanın kanalizasiya xəttinə düşərək ölməsinə dair məhkəmədə yeni vəsatətlər verildi
Nərimanov rayonunda "Baksol yolu" ərazisində çökmə nəticəsində kanalizasiya kollektoruna düşərək həyatını itirən 27 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı başlanmış cinayət işi üzrə məhkəmə davam edir.

Oxu.Az-ın məlumatına görə, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baş tutan iclasda cinayət işi üzrə təqsirləndirilən Bakı Sukanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun vəkili Anar Ramazanov məsələlərin aydınlaşdırılmadan cinayət işinin məhkəmə baxışına verilməsinə etirazını bildirib:

"İlk vəsatətim ondan ibarətdir ki, Daşınmaz əmlak və reyestr xidmətinin mütəxəssisləri cəlb olunmaqla və məhkəmənin iştirakı ilə hadisə yerinə baxış keçirilsin. İkinci vəsatətim odur ki, Dövlət Su Ehtiyatları Agentliyinin aidiyyəti şəxsləri işə cəlb olunsun. Aydınlaşdırılsın ki, oradakı təmir- bərpa işlərini keçmiş tikinti idarəsi, yoxsa hazırkı ADSEA aparıb. Üçüncü vəsatətim: Bu hadisənin baş verməsinə səbəb sözügedən ərazidəki kanalizasiya xətlərinin mühafizə zonasının üzərində tikinti obyektlərinin olmasını da səbəb kimi görürük. Bu məsələlərlə bağlı işə mütəxəssis cəlb olunsun. Dördüncü vəsatətim: Yaxın ərazilərdəki təhlükəsiz şəhər kameraları ilə bağlı sorğu verilsin".

Daha sonra prokuror ittiham aktını elan verib. Təqsirləndirilən A.Cümşüdov ona qarşı irəli sürülən ittihamlarda özünü təqsirli bilməyib.

Növbəti proses yanvarın 15-nə təyin edilib.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.

Qeyd olunub ki, aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Dövlət Su Ehtiyatları Agentliyinin "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs qismində cəlb edilən Azər Cümşüdov həbs edilməyib, onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Son xəbərlər