Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakteriyalar hamamda gizlənir: Rusiyalı həkimdən XƏBƏRDARLIQ

16.02.2026 13:34 792
Bakteriyalar hamamda gizlənir: Rusiyalı həkimdən XƏBƏRDARLIQ
"Duş başlığı müntəzəm yuyulmadıqda bakteriyaların məskəninə çevrilə və sağlamlıq üçün təhlükə yarada bilər".

Median.Az
xəbər verir ki, bu barədə Gazeta.ru-ya həkim, əczaçılıq üzrə elmlər namizədi Mariya Zolotareva məlumat verib.

Ekspertin sözlərinə görə, boruların daxili səthlərində, suyun durğun qalması və səthin nahamar olması nəticəsində duş başlığının dar dəliklərində və tor hissəsində bioplyonkalar - mikroorqanizmlərin özlərinin ifraz etdiyi seliklə qorunan koloniyaları əmələ gələ bilər:

"Duş başlığından keçən su axını havada xırda aerozol - su damcıları qarışığı yaradır. Bu aerozol vasitəsilə bakteriyalar və bioplyonka hissəcikləri tənəffüs yollarına daxil ola bilər. Uşaqlarda, yaşlılarda və ağciyər xəstəliklərindən (məsələn, astmadan) əziyyət çəkən insanlarda bu, tənəffüs problemlərinə, allergiyaya və nadir hallarda ağır pnevmoniya forması olan legionellyoza səbəb ola bilər. Bundan əlavə, belə su ilə davamlı təmas dəridə qıcıqlanma və ya dermatit yarada bilər", - deyə Zolotareva bildirib.

Mütəxəssis vurğulayıb ki, duş başlığını təmiz saxlamaq üçün onu yalnız çöldən silmək kifayət deyil:

"Bioplyonkanı məhv edən müntəzəm və dərin təmizləmə lazımdır. Ən effektiv və əlçatan üsul üzvi turşularla təmizləmədir. Belə proseduru orta hesabla iki ayda bir dəfə, su çox sərtdirsə isə daha tez-tez həyata keçirmək məsləhətdir. Bunun üçün duş başlığını çıxarıb 9%-li süfrə sirkəsi və ya limon turşusunun (1 litr suya 100-150 qram) ilıq məhluluna yerləşdirmək lazımdır. Məhlul başlığın daxili hissəsini tam örtməlidir. Xüsusilə, xrom örtüklü və ya rezin hissələri olan başlıqlarda turşunun materiala zərər verməyəcəyinə əvvəlcədən əmin olmaq vacibdir".

Onun sözlərinə görə, çirklənmə səviyyəsindən asılı olaraq duş başlığını turşu məhlulunda 30 dəqiqədən bir neçə saata qədər saxlamaq mümkündür. Sonda başlıq bir neçə dəqiqə soyuq axar su altında yaxşıca yuyulmalıdır ki, məhlulun qalıqları və qopmuş çirklər tam təmizlənsin.
//oxu.az

Son xəbərlər