Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Göyərçinlərin sağlamlığımız üçün gizli təhlükəsi

15.04.2025 12:03 3 096
Göyərçinlərin sağlamlığımız üçün gizli təhlükəsi
Çoxlarının zərərsiz şəhər quşları hesab etdiyi göyərçinlər əslində insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər. İnfeksiya yaydıqları üçün onlara bəzən "uçan siçovullar" da deyirlər.

Median.Az
xəbər verir ki, bu barədə kp.ru saytına müsahibəsində rusiyalı tibb elmləri namizədi, Seçenov Universitetinin dosenti, pulmonoloq Vladimir Beketov məlumat verib.

Ekspertin sözlərinə görə, bu quşlar salmonellyoz, kampilobakterioz və listerioz kimi bir sıra təhlükəli xəstəliklərin daşıyıcısı ola bilərlər. Bu infeksiyalar oxşar simptomlara səbəb olur: zəiflik, qızdırma, ürəkbulanma, baş ağrısı, qusma və həzm sistemində pozğunluqlar. Eyni zamanda, salmonellyoz sinir sisteminə təsir göstərə bilər, listerioz isə dölün inkişafında anormallıqlara səbəb olduğuna görə hamilə qadınlar üçün xüsusi təhlükə yaradır.

Həkim həmçinin qeyd edib ki, göyərçinlər tulyaremiya, ornitoz və kriptokokkoz (tənəffüs sistemi, dəri və daxili orqanlara təsir edən göbələk xəstəliyi) kimi infeksiyaların mənbəyi ola bilər.

Təkcə quşların özləri deyil, həm də onların lələkləri, tükləri və xüsusən də nəcisləri təhlükə yaradır. Bu bioloji materialların hissəcikləri hava ilə yayılaraq insan orqanizminə daxil olaraq ciddi xəstəliklərə, o cümlədən pnevmoniyaya səbəb ola bilər.

Çox vaxt yoluxma gündəlik həyatda, insanlar quşlar və ya onların tullantıları ilə birbaşa təmasda olduqda baş verir. Belə ki, infeksiya göyərçinləri əl ilə yedizdirərkən, onların peyinini əlcəksiz təmizləyərkən və ya qoruyucu vasitələrdən istifadə etmədən pəncərələri və avtomobilləri yuyarkən orqanizmə daxil ola bilər.скачать dle 11.3
Mojo.az Banner