Mojo.az Banner
19:12 Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü  |     19:10 Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?  |     19:04 Tanınmış türkiyəli müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü  |     18:54 Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın  |     18:43 Mərakeşli və iki əfqan Azərbaycan-Gürcüstan sərhədində saxlanıldılar  |     18:07 Müdafiə Nazirliyində mənimsənilmiş dövlət vəsaitinin 12 milyon manatını general qaytarıbmış  |     18:05 Azərbaycandan Gürcüstana kiloqramlarla qiymətli metal keçirmək istədi - Foto  |     17:30 Cəbrayılda mina partlayışı: Xəsarət alan var  |     17:26 PKK Türkiyədən tamamilə çıxdı  |     16:13 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib  |     16:05 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi  |     15:51 Səbuhi Əliyevə vəzifə verildi  |     15:35 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı (Yenilənib)  |     15:33 Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən şəxsə məhkəmə ağır cəza verdi  |     15:32 Paşinyan: "Türkmənistanda İlham Əliyevlə təmaslar ola bilər"  |     15:26 Paşinyan Zəngəzurda saxlanılan əsgərimiz barədə: "Biz onu həmin gün qaytara bilərdik"  |     15:21 İranda ekoloji böhran Azərbaycana çata bilərmi?  |     14:52 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq  |     14:50 Berdiməhəmmədov: "Mərkəzi Asiya və Azərbaycan formatı iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır"  |     13:41 Berdiməhəmmədov: "Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək"  |    
Mojo.az Avto
Mojo.az Avto

Gələcəkdə əlilliyin qiymətləndirilməsində süni intellektdən istifadə olunacaq

11.02.2026 13:58 345
Gələcəkdə əlilliyin qiymətləndirilməsində süni intellektdən istifadə olunacaq
Gələcəkdə əlilliyin qiymətləndirilməsində süni intellektin imkanlarından istifadə olunacaq.

Median.Az
report-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Orxan Salahov "Rəqəmsallıq və sosial informasıyanın inkişaf dinamikası" mövzusunda keçirilən elmi konfransda deyib.

Onun sözlərinə görə, süni intellektin tətbiqi üçün texnoloji inkişaf olmalıdır:

"Texnoloji yeniliklər, toplanmış məlumatlar, inteqrasiya kifayət qədər olmalıdır. Qlobal səviyyəyə çıxmaq üçün əvvəlcə yerli səviyyədə işləri düzgün qurmaq lazımdır. Bu baxımdan, məsələn, sosial sahələrdə vətəndaşlara xüsusi dəstək göstərməklə onların həssas ehtiyaclarını qarşılayan xidmətlər təşkil edə bilərik".

O.Salahov bildirib ki, vətəndaşların ən çox müraciət etdiyi sahələr çağrı mərkəzləri, əlilliyin qiymətləndirilməsidir:

"Təəssüf ki, cüzi də olsa əlilliyin qiymətləndirilməsində saxtakarlıqlara yol verilməsinə cəhd olunur. Əlilliyin qiymətləndirilməsi üçün gələcəkdə süni intellekt imkanlarından istifadə hədəfə kimi qoyulub. Burada məqsəd həkimlərin işinə mane olmamaq, sadəcə, işlərin daha da sürətləndirilməsidir".скачать dle 11.3
Mojo.az Banner