Mojo.az Banner
20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |     19:52 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib - Foto  |     19:41 Qızının makiyajına görə direktorla mübahisə edən ata həbs olundu  |     19:30 COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb  |     19:14 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək  |     18:57 Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb  |     18:44 Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır  |     18:38 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza  |     18:32 Qusarda vəhşi heyvanlar üç nəfərə xəsarət yetirib  |     18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |    
Mojo.az Avto
Mojo.az Avto

Alkoqollu içkilərlə bağlı layihələr maliyyələşdirilməyəcək - QƏRAR

07.02.2026 13:12 369
Alkoqollu içkilərlə bağlı layihələr maliyyələşdirilməyəcək - QƏRAR
"Enerji effektivliyi fondunun vəsaiti hesabına maliyyələşdirilən layihələrə dair tələblər", "Enerji effektivliyi fondunun vəsaiti hesabına pilot layihələrin maliyyələşdirilməsi, həmçinin subsidiya və qrant alınması üçün ərizə forması" və "Enerji effektivliyi fondunun vəsaiti hesabına müvəkkil kredit təşkilatları tərəfindən layihələri maliyyələşdirilən fiziki və ya hüquqi şəxslər haqqında məlumat forması" təsdiq edilib.

Energetika Nazirliyinin Kollegiyasının sədri Pərviz Şahbazov qərar imzalayıb.

Qərara əsasən, fondun vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmayan layihələr müəyyənləşib.

Fond aşağıdakı sahələrlə bağlı layihələri maliyyələşdirmir:

- silah və sursat istehsalı və ya ticarəti;

- alkoqollu içkilərin istehsalı və ya ticarəti;

- tütün məmulatlarının istehsalı və ya ticarəti;

- torpaq və mövcud binaların satın alınması, kirayəsi və ya icarəsi;

- istifadədə olmuş avadanlıqların təkrar istifadəsi;

- radioaktiv materialların istehsalı və ya ticarəti (tibbi və keyfiyyət nəzarəti avadanlıqları istisna olmaqla);

- asbest liflərinin istehsalı və ya ticarəti;

- təhlükəli kimyəvi maddələrin istehsalı, ticarəti, saxlanması və ya istifadəsi;

- idarə olunan meşələrdən olmayan ağac və ya meşə məhsullarının istehsalı və ya ticarəti.

Enerji Məsələlərini Tənzimləmə Agentliyi Enerji effektivliyi fondunun vəsaiti hesabına bu tələblərə uyğun gələn layihələrin maliyyələşdirilməsini, o cümlədən layihələr üzrə subsidiya və qrantların ayrılmasını, habelə müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin verilməsini təmin edəcək.

Bu tələblərdə istifadə olunan anlayışlar "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanunda, "Qrant haqqında" Qanunda, Qaydada və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edəcək.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner