Mojo.az — elanlar
Son Xəbərlər
13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |     12:37 Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər  |     12:36 İcbari tibbi sığortaya ayrılan vəsait artırılır  |     12:33 Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular  |     12:30 Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü  |     12:28 Gələn il dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq  |     12:23 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"  |     12:20 Naxçıvana ayrılan dotasiya azaldılır  |     12:19 Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü  |     12:14 Xırdalanda evlər dəyərindən aşağı satılır - Qiymətlər açıqlandı - Video  |     12:04 Bu mənzillərdə qaz sobaları və kombilər elektriklə əvəzlənəcək – AÇIQLAMA  |     11:53 Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - FOTO  |    
Mojo.az Avto
Mojo.az Avto

"Azpulmat", "Manato" vətəndaşların məlumatlarını ələ keçirirlər?

04.02.2026 22:07 675
"Azpulmat", "Manato" kimi kredit təşkilatları artıq bir çoxları üçün qorxulu reallığa çevrilib. İnsanlar sələmçilərin toruna düşməmək üçün bu xidmətlərə üz tuturlar. Lakin bəzi hallarda vəziyyət daha da çətinləşir.

Vətəndaşlar iddia edirlər ki, bu xidmətlərin faizləri çox yüksəkdir. Məsələn, 500 manat götürəndə, bir ay sonra 710 manat ödəmək laızm olur. Gecikmə halında faizlər 2-3 dəfə artır.

Üstəlik, vətəndaşların kontakt məlumatları ələ keçirilərək tanışlarına borc haqqında məlumat verilir.

Məsələnin iqtisadi tərəflərinə aydınlıq gətirən iqtisadçı Xalid Kərimli vurğulayıb ki, bu qurumların resursları banklarla müqayisədə fərqlidir:

"Bank olmayan kredit təşkilatlarının (BOKT) pulunun dəyəri banklardakı kimi aşağı olmur. BOKT birbaşa olaraq vətəndaşlardan pul cəlb edə bilmir, depozit cəlb edə bilmir. Onun resursları məhduddur və əsasən banklardan götürdüyü kreditləri vətəndaşlara kredit kimi verməklə məşğuldur".

Bəs vətəndaşların icazəsi olmadan onların məlumatlarını ələ keçirmək və paylaşmaq hansı məsuliyyəti yaradır?

Mövzunun hüquqi tərəflərini isə hüquqşünas Vüsal Cəfərov belə izah edib:

"Müştəri haqqında məlumatlar, müştərinin adı, hesab üzrə aparılan əməliyyatlar və s. hamısı bank sirri hesab olunur. BOKT və yaxud bankla bağlanılan kredit müqavilələri üzrə borcun digər şəxslərdən, ailə üzvlərindən, qonşulardan və s. tələb olunması tamamilə qanunsuzdur. Çünki kredit müqaviləsi üzrə məsuliyyəti ancaq borclu daşıyır".
//
©Baku TV

Son xəbərlər