Mojo.az Banner
18:03 “Son 1 ədəd qalıb”: Onlayn mağazalar alıcını necə tələsdirir?  |     17:34 Formula 1 üzrə Azərbaycan Qran-prisində sıralama turuna yekun vurulub  |     17:28 Fəyyaz Xankişiyevin 500 minlik dələduzluqda təqsirləndirilən oğlunun işində YENİLİK  |     16:29 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ  |     16:09 Bakıda sürücülər arasında DAVA: Biri hava limanında saxlanıldı  |     16:06 Azərbaycanda sabiq məmur vəfat etdi - FOTO  |     15:42 Vətəndaşların milyonlarını mənimsəyən şirkət rəhbərinə HÖKM OXUNDU  |     15:39 Deputat “iPhone 18” alanlardan DANIŞDI: Telefon üçün gecəni küçədə keçirdilər  |     15:20 Kompensasiya davası edən Kamran Seyidov 50 yaşlı qadını tamah üstündə ÖLDÜRÜBMÜŞ  |     13:25 Paytaxtda iki marşrutun HƏRƏKƏT SXEMİ DƏYİŞDİRİLDİ  |     13:23 Təhsil sistemindəki bu problem 5 ilə aradan qalxacaq – Valideynlərə şad xəbər  |     13:20 Ovuc içi məlumatları oğurlana bilər? — GİZLİ RİSK  |     13:18 Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı  |     12:59 ŞAD XƏBƏR: bu tarixdə maaş və pensiyalar ARTACAQ  |     12:50 Yay bitdi, maşın bazarı canlandı: Qiymətlər isə...  |     12:31 Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti AZALDILDI  |     12:29 Azərbaycanda altı qanun LƏĞV EDİLƏCƏK - SİYAHI  |     12:16 Bank kartlarına məhdudiyyətin əsl səbəbi nədir? — SƏRT AÇIQLAMA  |     21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu ərazilərə metro çəkiləcək - ÜNVANLAR AÇIQLANDI

28.01.2026 13:49 495
Bu ərazilərə metro çəkiləcək - ÜNVANLAR AÇIQLANDI
"Bu gün Xırdalan və Masazır kimi istiqamətlərdə yeni metro xətlərinin yaradılmasına baxmaq mümkündürsə, məsələn, Zabrat ərazisində yeni metro stansiyalarının yaradılmasını, metro xəttinin o ərazilərə qədər aparılmasını səmərəli hesab etmirik. İndiki konsepsiyamızda bu yoxdur".

Bunu Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masa zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O qeyd edib ki, yeni stansiyaların yerləri müəyyənləşərkən ilk növbədə hər bir stansiyanın verə biləcəyi töhfə, yəni onun effekti nəzərə alınır:

"Paytaxtın mərkəzindən nisbətən uzaqda yerləşən Yeni Günəşli, Zabrat, Masazır, Saray və digər yaşayış massivlərinə metro xətlərinin çəkilməsi növbəti mərhələlərdə nəzərdən keçiriləcək. Yanaşmanın əsas məqsədi ondan ibarətdir ki, şəhərin mərkəzinin yükü azalsın. İndi mərkəzi stansiyalar rolunu ən çox "28 May” və "Sahil” stansiyaları daşıyır. Digər stansiyalardan gələnlər əsasən bu iki stansiyaya gəlir. İlkin olaraq keçid stansiyalarını inşa etməyimizin əsas səbəbi mərkəzin nəqliyyat yükünü azaltmaq və sərnişinlərin mərkəzə gəlməsi və mərkəzdən getməsi üçün alternativ stansiyalar təklif etməkdir, yəni, şəbəkəni şaxələndirməkdir. "28 May” stansiyasına keçid stansiyası olaraq "Cəfər Cabbarlı” stansiyası mövcuddur. 2030-cu ilədək "Nizami”, "Sahil” və "Xətai” stansiyaları üçün də keçid stansiyaları inşa olunacaq və bununla da mərkəzi stansiyaların yükü azalacaq. Bundan sonraki mərhələlərdə isə artıq şəhər ətrafı ərazilərə metro xətlərinin çəkilməsi məsələsi gündəmə gətiriləcək".скачать dle 11.3
Mojo.az Banner