Mojo.az Banner
11:58 Berdiməhəmmədov: "Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır"  |     11:54 Bakıda hotellərdən birinin fəaliyyəti dayandırıldı - Video  |     11:51 Səfərbərlik Xidmətinin vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərildi  |     11:44 Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb  |     11:36 Onlayn kreditlərlə bağlı AÇIQLAMA – Bu qədər gözləməlisiniz  |     11:30 Kirayə mənzillər niyə bahalaşır? – Ekspertdən AÇIQLAMA  |     11:23 Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - Foto  |     11:22 Azərbaycan nefti kəskin bahalaşdı  |     11:15 Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi  |     11:12 Azərbaycanda məhkum olunmuş şəxslər niyə iş tapa bilmirlər? - Nazirdən açıqlama  |     11:10 Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həlak oldu  |     11:00 İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət  |     23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |    
Mojo.az Avto
Mojo.az Avto

Abşeronda sakinlər zavoddan yayılan tüstü və səs-küydən ŞİKAYƏT EDİRLƏR (Video)

22.01.2026 22:43 426
Abşeronda sakinlər zavoddan yayılan tüstü və səs-küydən ŞİKAYƏT EDİRLƏR (Video)
Abşeron rayonunda fəaliyyət göstərən zavoddan yayılan tüstü və səs-küy sakinlərin narazılığına səbəb olub.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, rayonun "Quşçuluq massivi", Nəsimi küçəsi, 85 ünvanında yaşayan sakinlər ərazidəki "Uğur" adlı zavoddan şikayətçidirlər.

Onlar iddia edirlər ki, zavoddan yayılan tüstü və səs onları təngə gətirib. Sakinlərin iddiasına görə, problemlə bağlı dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, faydası olmayıb.

Şikayətlə bağlı zavod rəhbərliyi burada boya, üzlük və digər məhsullar istehsal olunduğunu və yüksək səs-küy yaranmadığını bildirib. Zavoddan tüstü yayılmasına gəlincə, qeyd edilib ki, əvvəllər tüstü ilə bağlı avadanlıqlarda problem olsa da, hazırda onlar tam təmir olunub. O da vurğulanıb ki, zavod fəaliyyətə başladığı illərdə həmin ərazidə evlər olmayıb, sonradan tikilib.

Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən problemlə bağlı yaxınlıqda yaşayan sakinlərdən quruma müraciət daxil olub. Bununla bağlı araşdırma aparılacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də məsələnin araşdırılacağı və fakt təsdiqini taparsa, qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilib.
скачать dle 11.3
Mojo.az Banner