Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Xuliqanlıqda ittiham olunan qardaşların bəraət hökmü ləğv edildi

07.01.2026 12:23 474
Xuliqanlıqda ittiham olunan qardaşların bəraət hökmü ləğv edildi
Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Əkrəm Babayev və onun qardaşı Səfər Babayevin (hər ikisinin adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti təmin edilib, hər iki şəxsin bəraət verilməsinə dair Tərtər Rayon Məhkəməsinin hökmü ləğv edilib. İş üzrə ittiham hökmü çıxarılıb. Əkrəm Babayevə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib, Səfər Babayevə isə şərti cəza verilib.

İstintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə, Əkrəm Babayev 15 dekabr 2024-cü il tarixdə saat 14 radələrində qardaşı Səfər Babayevlə birlikdə xuliqanlıq hərəkətləri törədib.

Hadisə Tərtər şəhəri, Nəriman Nərimanov küçəsində baş verib. Belə ki, Tərtər şəhər sakini olan zərərçəkmiş Yusif Dəmirovun (adı, soyadı şərtidir) qohumuna məxsus əl çantası Səfərə məxsus "Mercedes Benz 410" markalı mikroavtobusda qalıb. Bu səbəbdən zərərçəkmiş Əkrəmə yaxınlaşaraq həmin çantanı istəyib. Bundan sonra tərəflər arasında dava düşüb.

Dava zamanı Əkrəm Yusifin sifət və qulaq nahiyəsinə yumruqla bir neçə dəfə qəsdən zərbə endirib. Nəticədə onun sağ qulaq seyvanının xarici hissəsində sıyrıq xəsarətləri yetirilib. Ekspertiza rəyinə əsasən, həmin xəsarətlər sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri kimi qiymətləndirilib.

İstintaqın qənaətinə görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olmadan bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətləri törədiblər.

Son xəbərlər