Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Məhkəmə emalatxanada iki nəfəri bıçaqlayan şəxslə bağlı qərar verdi

13.02.2024 16:08 1 638
Məhkəmə emalatxanada iki nəfəri bıçaqlayan şəxslə bağlı qərar verdi
Ali Məhkəmədə Sumqayıtda xuliqanlıqda təqsirləndirilən Qorxmaz Salayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Qorxmaz Salayevə bəraət verilib. Bu hökmdən dövlət ittihamçısı narazı qalıb və apellyasiya protesti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli hökmü ləğv olunub. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Qorxmaz Salayev barəsində həbs növündə qətimkan tədbiri seçilib və o, dərhal məhkəmə zalında həbs edilib.

İttiham aktında qeyd edilib ki, Qorxmaz Salayev qohumu Fariz Qasım oğlu Məhəmmədovla birlikdə 04.09.2020-ci il tarixdə, saat 18:30-da Sumqayıt şəhər, 76-cı məhəllə ərazisində yerləşən avtotəmir emalatxanasının qarşısında Ülvi Nüsrət oğlu Mustafayev və Ceyhun Əşrəf oğlu Xəlilzadə ilə mübahisə edib. Bu zaman o, bıçaqla hər iki şəxsin ayağına xəsarətlər yetirib. Daha sonra Qorxmaz Salayev polis əməkdaşları tərəfindən saxlanılıb.скачать dle 11.3
Mojo.az Banner