Mojo.az — elanlar
Son Xəbərlər
13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |     12:37 Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər  |     12:36 İcbari tibbi sığortaya ayrılan vəsait artırılır  |     12:33 Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular  |     12:30 Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü  |     12:28 Gələn il dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq  |     12:23 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"  |     12:20 Naxçıvana ayrılan dotasiya azaldılır  |     12:19 Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü  |     12:14 Xırdalanda evlər dəyərindən aşağı satılır - Qiymətlər açıqlandı - Video  |     12:04 Bu mənzillərdə qaz sobaları və kombilər elektriklə əvəzlənəcək – AÇIQLAMA  |     11:53 Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - FOTO  |    
Mojo.az Avto
Mojo.az Avto

İstirahət mərkəzində sevgilisini döyən şəxsin bəraət hökmü ləğv edildi

08.04.2025 16:55 909
İstirahət mərkəzində sevgilisini döyən şəxsin bəraət hökmü ləğv edildi
Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Şahmar Səfərzadə (ad, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, protest və şikayət qismən təmin edilib, Səbail Rayon Məhkəməsinin hökmü ləğv edilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməyib. Zərərçəkmiş şəxsin mülki iddiası mənəvi ziyana aid hissədə qismən təmin edilib və ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 500 yüz manat Şahmar Səfərzadən tutularaq zərərçəkmiş şəxsə ödənilməsi barədə qərar çıxarılıb. Zərərçəkmiş şəxsin mülki iddiası maddi ziyanın tutulması hissəsində təmin edilməyib.

İttihama görə, hadisə 03 iyul 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, "Şıxov" çimərliyinin sahilində yerləşən "Qağayı" istirahət mərkəzində qeydə alınıb.

Belə ki, Şahmar Səfərzadə orada onunla birlikdə istirahətə gələn sevgilisi, zərərçəkmiş Minayə Məmmədzadə (ad, soyadı şərtidir) ilə mübahisə edib. Buna səbəb isə qadının həmin vaxt təqsirləndirilən şəxsin mobil telefonunda digər xanımla sevgi ismarıclarının olduğunu görməsi olub. Bu zaman zərərçəkmiş Şahmara irad bildirib. Nəticədə o, Minayənin bədəninin müxtəlif nahiyələrinə qəsdən əl və ayaqla zərbələr vuraraq, xəsarətlər yetirib.

Hadisədən sonra Şahmar Səfərzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Səbail Rayon Məhkəməsinin hökmü ilə əməli törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş apellyasiya şikayəti verib.

Son xəbərlər