Mojo.az Banner
20:10 Havanın çirklənməsi psixi sağlamlığımıza və intihar riskinə necə təsir edir?  |     19:55 Mingəçevir xəstəxanasında oğurluq: Palata yoldaşının kartını götürüb marketlərdə xərclədi  |     19:50 Bir ailə qorxu içində: "Burada necə yaşadığımızı bir Allah bilir" (VİDEO)  |     19:41 "Anthropic" və "OpenAI"dan Al təhlükəsi xəbərdarlığı: Bu, bəşəriyyəti xilas edə bilər  |     19:36 Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslər təşkil ediləcək  |     19:28 Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Deputatdan təklif  |     19:23 Bu şəxslərin Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşdi  |     19:14 “Trabzonspor”un baş məşqçisi təyin olundu  |     19:09 Sudanda qızıl mədəni çökdü, 60 nəfər öldü  |     19:01 Sabah 35 dərəcə isti olacaq  |     18:55 Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb  |     18:46 Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı  |     18:41 Məkkə səmasında PUA məhv edildi - VİDEO  |     18:33 Xınalıq yolunda sürüşmə oldu - VİDEO  |     18:27 Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var  |     18:20 Messi vida matçı üçün Argentina millisinə çağırıldı  |     17:57 Ramiz Mehdiyevin işində onlar da dindirilib  |     17:43 Cəlilabadda polis əməliyyat keçirdi: Saxlanılan var - FOTO  |     17:16 Badamdarda PARTLAYIŞ: Xəsarət alan var  |     17:01 Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Qardaşı qızının toyuna gedən arvadını döyən şəxslə bağlı qərar verildi

28.04.2025 11:34 510
Qardaşı qızının toyuna gedən arvadını döyən şəxslə bağlı qərar verildi
Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Niyaməddin Muradovun (ad, soyadı şərtidir) barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti təmin edilməyib.

İttihama görə, hadisə 18 oktyabr 2023-cü il tarixdə, saat 02 radələrində paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, Niyaməddin Muradov onunla birgə yaşayan arvadı, zərərçəkmiş Günayə Muradova (ad, soyadı şərtidir) ilə aralarında uzun müddətdir davam edən soyuq münasibət və narazılığa görə mübahisə edib. Mübahisə zamanı o, arvadının onun icazəsi olmadan qardaşı qızının toy mərasiminə getməsini bəhanə edərək, zərərçəkmiş şəxsi baş, boyun və sifət nahiyələrinə əl zərbələri və masanın üzərində olan dolu vəziyyətdəki iki litrlik plastik butulka ilə qəsdən bir neçə dəfə vurub, qadının sağlamlığına az ağır zərər yetirib. Hadisədən sonra Niyaməddin Muradov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla o, iki il müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, məhkum və zərərçəkmiş şəxs isə apellyasiya şikayətləri veriblər. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb. Daha sonra isə dövlət ittihamçısı apellyasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.скачать dle 11.3
Mojo.az Banner