Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Son 10 ilin STATİSTİKASI - Alkoqolizmdən əziyyət çəkənlərin sayı azalıb, narkomanlar isə artıb

27.12.2025 16:06 450
Son 10 ilin STATİSTİKASI - Alkoqolizmdən əziyyət çəkənlərin sayı azalıb, narkomanlar isə artıb
Alkoqolizm və alkoqol psixozu diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı son on ildə azalıb. Belə ki, 2015-ci ildə hər 100 min nəfərə 227 xəstə düşürdüsə, 2024-cü ildə bu göstərici 94-ə qədər enib. Kişilər üzrə bu rəqəm 438-dən 185-ə, qadınlar üzrə isə 18-dən 3-ə qədər azalıb.

Oxu.az rəsmi məlumatlara istinadən xəbər verir ki, alkoqolizmdən əziyyət çəkənlər arasında 17 yaşına çatmayan xəstələrin sayı minimal olaraq 0.04-dən 0.08-ə dəyişib. 18-29 yaş arasında xəstələrin sayı 60-dan 88-ə qədər artıb. 30-49 yaş qrupunda isə azalma müşahidə olunub və göstərici 324-dən 172-ə enib. 50 yaş və yuxarı şəxslər arasında xəstələrin sayı 519-dan 93-ə qədər azalıb.

Narkomaniya diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı isə artır. 2015-ci ildə hər 100 min nəfərə 298 xəstə düşürdüsə, 2024-cü ildə bu rəqəm 396-ya yüksəlib. Kişilər üçün bu göstərici 585-dən 776-ya qədər artıb, qadınlarda isə 12-dən 20-yə qədər yüksəlib.

Yaş qruplarına görə 0-17 yaş arasında narkomaniya xəstələrinin sayı 0.3-0.5 aralığında dəyişib. 18-29 yaş qrupunda xəstələrin sayı 248-dən 603-ə qədər artıb. 30-49 yaş arasında bu göstərici 532-dən 742-ə qədər yüksəlib. 50 yaş və yuxarı şəxslərdə isə azalma müşahidə olunub və rəqəm 380-dən 237-ə düşüb.скачать dle 11.3
Mojo.az Banner