Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda satılan "monqol quzuları" təhlükəsizdir? - AÇIQLAMA

27.12.2025 14:39 531
Bakıda satılan
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xaricdən, o cümlədən Monqolustandan gətirilən ətlərin keyfiyyət və təhlükəsizliyinə ciddi nəzarət olunur".

Median.Az
xəbər verir ki, bu barədə Agentlikdən Modern.az-a verilən cavabda bildirilib.

Qeyd edilib ki, idxal prosesində müfəttişlərin ətlərə nəzarət proseduru ictimaiyyət üçün açıqdır.

Agentlikdən verilən məlumata görə, ətlərin dövriyyəsi zamanı, yəni daşınması, satışı zamanı da normativ tələblərə əməl edilməlidir, sahibkar buna görə məsuliyyət daşıyır və pozuntu aşkarlandığı halda qanuni tədbir görülür.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında deyib ki, Azərbaycanda artıq bir ildən çoxdur ki, ət defisiti müşahidə olunur.

"Bu səbəbdən bazarı ətlə təmin etmək üçün müxtəlif ölkələrdən, o cümlədən Monqolustandan ət idxal edilir. Bu ətlər dondurulmuş şəkildə gətirilir, lakin neçə il ərzində dondurulmuş vəziyyətdə saxlanılması barədə dəqiq məlumat yoxdur.

Azərbaycan vətəndaşları ümumiyyətlə dondurulmuş ətlərə üstünlük vermədikləri üçün bu ətlər bazara nisbətən ucuz qiymətə çıxarılır. Buna baxmayaraq, həmin ətlər normaldır, bütün tələblərə cavab verir, təhlükəsizdir və müvafiq təminata malikdir".

E.Hüseynov həmçinin vurğulayıb ki, Monqolustandan gətirilən ətlər dad baxımından yerli ətlərlə müqayisədə geri qalır:

"İnsanların damaq dadı yerli ətlərə öyrəşdiyindən, Monqolustandan gətirilən ətlər ağızda dadsızlıq hissi yaradır. Lakin buna baxmayaraq, bu ətlər normal qida məhsuludur və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tam nəzarətdə saxlanılır".

Qeyd edək ki, ölkəmizə Monqolustandan dondurulmuş qoyun əti idxalı həyata keçirilir. Bu ətin kiloqramı 12-14 manata təklif olunur.скачать dle 11.3
Mojo.az Banner