Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:45 Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də qovuldu | 17:36 "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər | 17:26 Onkoloji xəstə gənc Qurbanov üçün "Qarabağ" mahnısı oxudu - Video | 17:09 Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı | 16:41 İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı | 16:33 Dövlət qulluğunda islahatlar: Gömrük xidmətində rotasiya qaydaları tətbiq ediləcək | 16:23 Qaxda silsilə oğurluqlar edən şəxs qandallandı | 16:22 Noyabrda hava necə olacaq? | 15:56 Şagirdlərin aqressiv davranışının səbəbləri SADALANDI | 15:31 Selin ziyan vurduğu istiqamətdə qatarların hərəkəti bərpa olunur - Tarix açıqlandı | 15:28 Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto | 15:24 Maaş kartı ilə bağlı MÜHÜM dəyişiklik: son qoyulur | 15:19 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb | 15:12 Hər gün avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR | 14:10 Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər | 14:09 Uşaqlarını görmək istəyən qadınla keçmiş qayınanası dalaşdılar | 14:07 Şəxslərə pulsuz hüquqi yardım göstərənlərə dövlət nə qədər ödəniş edəcək? | 13:39 Azərbaycanda məktəbə "Molotov kokteyli" atıldı: İki nəfər həbs edildi - Foto | 13:37 Bakıda iki kişi avtomobili səhv parklamağa görə dalaşdı | 13:32 Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq |
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə narkotik əməliyyatı: Tanınmış prodüser Timur Savcı saxlanıldı

24.12.2025 19:41 624
Türkiyədə narkotik əməliyyatı: Tanınmış prodüser Timur Savcı saxlanıldı
Türkiyədə məşhur şəxslər arasında narkotik vasitələrin istifadəsi və satışı üzrə istintaq davam edir.

İstintaq çərçivəsində dekabrın 24-də 22 nəfər haqqında saxlanılma qərarı verilib.

Bu barədə Median.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, narkotik əməliyyatı çərçivəsində son olaraq "TİMS&B Productions" şirkətinin baş direktoru və məşhur prodüser Timur Savcı saxlanılıb. Timur Savcı saç və qan nümunələri vermək üçün Məhkəmə Tibbi Ekspertizası Qurumuna göndəriləcək.

"Narkotik və ya stimullaşdırıcı maddələrdən istifadəni asanlaşdırmaq üçün xüsusi yer, avadanlıq və ya materiallar təmin etmək, narkotik istifadəçilərinin ələ keçirilməsini çətinləşdirmək üçün tədbirlər görmək, istifadə etmək üçün narkotik və ya stimullaşdırıcı maddə satın almaq, narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etmək və ya saxlamaq maddələri üzrə şübhəli bilinən Yusuf Timur Savcı təlimatlarımıza uyğun olaraq 24 dekabr 2025-ci il tarixində İstanbul Vilayət Jandarm Komandanlığı tərəfindən saxlanılıb, bioloji material nümunələrinin (qan, saç və s.) götürülməsi üçün Məhkəmə Tibbi Ekspertizası Qurumuna göndəriləcək, daha sonra ifadə verməsi üçün Baş Prokurorluğa aparılacaq. İstintaq məxfilik və dəqiqliklə davam edir", - deyə İstanbul Respublika Baş Prokurorluğundan məsələ ilə bağlı verilən açıqlamada bildirilib.

Son xəbərlər