Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə saxlanılan müğənni İrem Dericinin vəkili danışdı: "Müvəkkilim bir ildir siqaret belə çəkmir" - FOTO

08.10.2025 19:14 858
Türkiyədə saxlanılan müğənni İrem Dericinin vəkili danışdı:
Türkiyədə məşhurlara qarşı narkotikdən istifadəni təşviq etməkdə ittiham üzrə keçirilən əməliyyat üzrə istintaq davam edir.

Median.Az
"Haber Global"a istinadən xəbər verir ki, istintaq çərçivəsində saxlanılan məşhur türkiyəli müğənni İrem Dericinin vəkili Ayşegül Mermer məsələ ilə bağlı açıqlama verib.

"Bir çox sənətçi və aktyorların ifadələri alınır. Onların arasında müvəkkilim İrem Derici də var. Hazırda ifadə verirlər. Müvəkkilim son bir ili siqaret belə çəkməyən insandır. İddia edildiyi kimi, qadağan olunmuş maddədən istifadə etmək və ya qadağan olunmuş maddədən istifadəni təşviq etmək kimi bir cinayət əsla törətməyib. Onsuz da hesabat açıqlandığı zaman bu ortaya çıxacaq. Dosyedə məxfilik qərarı var. Detalları görə bilmirik. Yaxın saatlarda təsdiqlənmiş məlumatları əldə etdikdən sonra daha dəqiq məlumat verə biləcəyəm. Hazırda saxlanılma prosesi deyil, ifadələri alınır. Ölkə xaricində olanlar qayıtdıqları zaman onların da ifadələri alınacaq", - deyə Ayşegül Mermer qeyd edib.

Xatırladaq ki, İstanbul Baş Prokurorluğu narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə ittihamı üzrə İrem Derici, Kubilay Aka, Kaan Yıldırım, Hadise Açıkgöz, Berrak Tüzünataç, Duygu Özaslan, Demet Evgar, Meriç Aral, Özge Özpirinçci, Mert Yazıcıoğlu, Feyza Altun, Derin Talu, Deren Talu, Ziynet Sali, Birce Akalay, Dilan Polat, Engin Polat, Metin Akdülger ve Ceren Moray barəsində istintaq başladıb. İstintaq çərçivəsində şübhəlilər ifadələrinin alınması üçün İstanbul Jandarm Komandanlığına aparılıb.

38 yaşlı İrem Derici narkotikdən istifadəni təşviq etmək ittihamı ilə İstanbulun Şişli rayonundakı evində saxlanılıb.


Son xəbərlər