Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:09 Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı | 16:41 İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı | 16:33 Dövlət qulluğunda islahatlar: Gömrük xidmətində rotasiya qaydaları tətbiq ediləcək | 16:23 Qaxda silsilə oğurluqlar edən şəxs qandallandı | 16:22 Noyabrda hava necə olacaq? | 15:56 Şagirdlərin aqressiv davranışının səbəbləri SADALANDI | 15:31 Selin ziyan vurduğu istiqamətdə qatarların hərəkəti bərpa olunur - Tarix açıqlandı | 15:28 Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto | 15:24 Maaş kartı ilə bağlı MÜHÜM dəyişiklik: son qoyulur | 15:19 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb | 15:12 Hər gün avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR | 14:10 Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər | 14:09 Uşaqlarını görmək istəyən qadınla keçmiş qayınanası dalaşdılar | 14:07 Şəxslərə pulsuz hüquqi yardım göstərənlərə dövlət nə qədər ödəniş edəcək? | 13:39 Azərbaycanda məktəbə "Molotov kokteyli" atıldı: İki nəfər həbs edildi - Foto | 13:37 Bakıda iki kişi avtomobili səhv parklamağa görə dalaşdı | 13:32 Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq | 12:58 İnterpolun tutaraq Bakıya gətirdiyi sabiq gömrük əməkdaşı həbsdən azad edildi | 12:55 Azərbaycan nefti ucuzlaşıb | 12:53 Abşeronda güclü yanğın: Əməliyyat görüntüləri - Video |
Mojo.az Avto
Mojo.az Avto

"Şərurlu İsfəndiyar" barəsində 40-a yaxın məhkəmə işi var

05.06.2025 16:25 870
"Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.

Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə İsfəndiyar Axundov da iştirak edib.

Həmçinin həbsdə olan şikayətçi Emil Səməndərov da məhkəməyə gətirilib.

Emil Səməndərovun vəkili Asim Abbasov deyib ki, Binəqədi Rayon Məhkəməsində İsfəndiyar Axundov barəsində 40-a yaxın məhkəmə işi var:

"Bu şikayətlər arasında təmin olunanlar və olunmayanlar da var. Məhkəmənin bunları nəzərə almağını xahiş edirəm".

Vəkil sözügedən məsələ ilə bağlı sənədləri məhkəməyə təqdim edib.

Prosesdə Emil Səməndərov da ifadə verib. O, təqsirləndirilən şəxsin onun barəsində dedikləri sübuta yetirildiyi təqdirdə cəzalandırılmasını xahiş edib.

İsfəndiyar Axundov şikayətçi Emil Səməndərova sual ünvanlayıb: "Sənin atanla həyat yoldaşın məni niyə məhkəməyə verib 5 milyon manat təzminat istəyir?"

Emil Səməndərov isə belə bir şikayətdən xəbərinin olmadığını söyləyib.

Sonra vəkil Asim Abbasov Emil Səməndərov barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılan işlə bağlı məhkəmə protokollarının hazırda baxılan iş üzrə məhkəməyə təqdim edilməsi üçün vəsatət verib.

O bildirib ki, "Şərur MTK" vətəndaşlardan evləri ucuz alaraq ikiqat bahasına satıb:

"Hamı düşünür ki, İsfəndiyar Axundov xeyriyyə işi ilə məşğuldur. Lakin o, vətəndaşdan evi, məsələn, 50 min manata alıbsa, 100 min manata da satıb".

İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli etiraz edərək deyib ki, şikayətçi tərəf ittihamdan kənara çıxır:

"Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi protokollarının bu işə aidiyyatı yoxdur".

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra prosesdə Emil Səməndərovun təhqir olunduğu iddia edilən video nümayiş olunub.

Hakim sözügedən materialda şikayətçinin təhqir olunduğunu müəyyən etmək üçün linqvistik ekspertizanın keçirilməsi ilə bağlı tərəflərin fikirlərini soruşub.

Vəkil Asim Abbasov ekspertizanın keçirilməsinin vaxt itkisinə səbəb olacağını bildirərək buna ehtiyac duyulmadığını deyib.

İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli də qarşı tərəflə eyni fikri səsləndirib. O da sözügedən ekspertizaya ehtiyac olmadığını bildirib:

"İsfəndiyar Axundov müsahibəsində Emil Səməndərova qarşı dələduz ifadəsi işlətməyib. Ekspertizanın keçirilməsinə ehtiyac yoxdur. Müvəkkilim tanınmış şəxsdir. Qarşı tərəf müəyyən təminatlar əldə etmək üçün onun barəsində xüsusi ittiham qaydasında şikayət edib".

Tərəflər linqvistik ekspertizanın keçirilməsi ilə razılaşmasa da, məhkəmə sözügedən ekspertizanın keçirilməsi ilə bağlı qərar verib. Buna görə də proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, İsfəndiyar Axundov "Proqress 2016 MTK"nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.

Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.

O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.

///report

Son xəbərlər