Mojo.az Banner
22:40 Tanışlarının telefonunu satıb pulunu xərclədi, dələduzluğa görə məhkum edildi  |     22:33 Rotavirus uşaqlar üçün niyə təhlükəlidir? - Həkimlərdən xəbərdarlıq  |     22:28 İnterpol və 13 ölkədən birgə əməliyyat: 200-dən çox haker saxlanılıb  |     22:20 Bir gündə 116 mm yağıntı: Normadan artıq yağışların səbəbi nədir?  |     22:15 Azərbaycanda "halal" şirkətlərin milyonlarla borcu var  |     22:09 Kənd yumurtası bahalaşıb? (AÇIQLAMA)  |     22:01 Yeni kollektiv saziş: Sənəd əməkhaqqılarına necə təsir edəcək? (Video)  |     21:55 Keyfiyyətli yuxunun sirri - Elmi nəticə  |     21:38 Daha iki qrup zəvvar həcc ziyarətinə yola salındı  |     21:31 Gürcüstanın baş naziri: "Bakıda imzalanan sazişlər strateji tərəfdaşlığın daha da güclənməsinə töhfə verəcək"  |     21:26 Araz çəkildi, insan sümükləri üzə çıxdı - VİDEO  |     21:18 Sabah yollar dumanlı olacaq  |     21:13 Dondurulmuş məhsullar qida dəyərini itirir? - Video  |     21:05 Şakira məhkəmədə bəraət qazandı  |     21:00 Sabah 25° isti olacaq  |     20:52 Azad edilmiş ərazilərdə daha 57 mina aşkarlandı  |     20:47 "6 aylıqdan aşağı quzuların qurban kəsilməsi məqbul sayılmır" - Video  |     20:39 Yaralı əsgərlər bioloji silaha çevrilə bilərmi?  |     20:34 "Barselona"ya keçidinə görə üzr istədi  |     20:26 Azərbaycanın Ermənistana builki ixracının dəyəri 10 milyon dollara yaxınlaşıb  |    
Left Banner
Right Banner

Şərurlu İsfəndiyarın həbs edilməsi üçün vəsatət qaldırıldı - VİDEO

13.05.2025 17:07 714
Şərurlu İsfəndiyarın həbs edilməsi üçün vəsatət qaldırıldı - VİDEO
Böhtan və təhqir maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə verilən "Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) növbəti məhkəmə prosesi keçirilib.

Tanınmış iş adamı İsfəndiyar Axundov Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə iştirak edib.

Prosesdə İsfəndiyar Axundovun anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri ona izah edilib.

Xüsusi ittiham qaydasında şikayət verən Emil Səməndərovun vəkili Asim Abbasov məhkəməyə vəsatət verərək, İsfəndiyar Axundovun məhkəməyə gəlmədiyi üçün prosesin uzanmasını əsas gətirib və barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.

İsfəndiyar Axundovun vəkili Şahbaz Kərimov isə bunu əsassız hesab edib.

"Biz ötən proseslərin birində iştirak edəcəkdik. Lakin qarşı tərəf prosesin təxirə salınmasını istədi. Bunun üçün də proses baş tutmadı. Eyni zamanda, mətbuatda da dərc olunan məlumatdan aydındır ki, İsfəndiyar Axundovun savadı yoxdur və hüquqi prosesləri bilmir. Onun üçün də vəsatəti əsassız hesab edirik və təmin olunmamasını istəyirik".

Vəsatəti təmin edilməyib.

Növbəti vəsatət İsfəndiyar Axundovun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı olub.

Vəkil Asim Abbasov bildirib ki, İsfəndiyar Axundov imkanlı şəxsdir və istənilən zaman ölkəni tərk edə bilər.

İsfəndiyar Axundov isə öz növbəsində vəsatətə münasibət bildirib:

"Emil Səməndərovun vətəndaşlara vurduğu ziyanı mən ödəyirəm. Zalda zərərçəkənlər var. Onlar bəzən mən işlədiyim şirkətin qarşısına gəlib şikayət edirlər. Elə bilirlər, günahkar mənəm. Lakin bu belə deyil. Bəzən mən özüm deyirəm ki, məni də həbs edin. Mənim canım irəli sürülən ittihamlardan qurtarsın. Amma dövlət mənə deyir ki, sən işini gör. Vəsatətə münasibətdə bildirirəm ki, vəkillərimlə razıyam".

Məhkəmə vəsatəti təmin etməyib.

Şikayətçi tərəfin növbəti vəsatəti İsfəndiyar Axundov barəsində müvafiq orqanlara sorğu verilməsi ilə bağlı olub.

Vəkil Asim Abbasov İsfəndiyar Axundovun əvvəllər də cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı müvafiq orqanlara sorğu göndərilməsi ilə bağlı vəsatət də təqdim edib.

Məhkəmə vəsatəti təmin edib və DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sorğu göndərilməsi barədə qərar qəbul edib.

Məhkəmənin növbəti prosesi mayın 24-də keçiriləcək.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib.
//oxu.az
скачать dle 11.3



Mojo.az Banner