Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:23 Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - Foto | 17:06 Bakıda qadın "TikTok"da canlı yayımda öldü | 17:05 ABŞ, Rusiya və Ukrayna arasında danışıqları Moskva təsdiqlədi | 17:00 "Bitcoin"in qiyməti kəskin azalıb | 16:57 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu maddələr bilindi | 16:56 Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim" | 16:53 Naxçıvanla bağlı yeni qərar: Kimlər aerportlarda VIP-dən istifadə edəcəklər? | 16:52 Prezidentdən Dövlət Ehtiyatları Agentliyi ilə bağlı fərman | 16:26 İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi | 16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) | 15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) |
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə genişmiqyaslı əməliyyat: Daha bir neçə məşhurun saxlanılma qərarı verildi (Yenilənib)

18.12.2025 12:39 1 911
Türkiyədə genişmiqyaslı əməliyyat: Daha bir neçə məşhurun saxlanılma qərarı verildi (Yenilənib)
Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan genişmiqyaslı narkotik əməliyyatı çərçivəsində növbəti üç məşhur barəsində qərar verilib.

Bu barədə Median.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, Türkiyədə tanınmış şəxslərdən olan və hazırda ölkə xaricində olduqları müəyyən edilən Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli haqqında saxlanılma qərarı verilib.

* * * * *

Türkiyədə bəzi tanınmış şəxslərin narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etdiyinə dair əsaslı şübhələr əsasında əməliyyat keçirilib.

Bu barədə Median.Az "Haber Global"a istinadən məlumat verir.

Məlumata görə, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan əməliyyat çərçivəsində Aleyna Tilki, Danla Bilic və İrem Sak saxlanılıblar.

Bildirilir ki, istintaq çərçivəsində İstanbul Vilayət Jandarm Komandanlığının qrupları İstanbulun Sarıyer, Eyüp, Şişli, Üsküdar, Bakırköy və Esenyurt rayonlarında axtarış aparıblar və yeddi şübhəli ilə bağlı prosedurlar icra olunub.

Axtarışlar zamanı şübhəli Mümine Senna Yıldızın evindən təxminən beş qram marixuana və marixuana üyütmə aparatı müsadirə edilib.

Barələrində saxlanılma qərarı olan şübhəlilərdən İrem Sak, Danla Bilic, Mümine Senna Yıldız və Aleyna Tilki nəzarətə götürülüblər. Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlü isə ünvanlarında olmayıblar.

Şübhəlilər barəsində "İstifadə etmək üçün narkotik və ya stimullaşdırıcı maddə satın almaq, qəbul etmək və ya saxlamaq, yaxud narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etmək" (Türkiyə Cinayət Məcəlləsinin 191-ci maddəsi) ittihamı üzrə başladılan istintaq davam edir.

Son xəbərlər