Mojo.az — elanlar
Son Xəbərlər
18:48 Repçi Navai Rusiyada cəzalandırılacaqmı? - Vəkildən açıqlama  |     18:33 Bakıda üç marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     18:03 Məktəbdə şagirdlər arasında dava düşdü, biri xəstəxanalıq oldu  |     18:01 Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq  |     17:16 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir  |     16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |     16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |     14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə CHP-nin "boykot" çağırışları ilə bağlı 11 nəfər saxlanıldı

03.04.2025 17:47 903
Türkiyədə CHP-nin
Türkiyədə İstanbul Respublika Baş Prokurorluğunun İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı apardığı korrupsiya istintaqından sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) "boykot" çağırışı ilə əlaqədar 11 nəfər saxlanılıb.

Bu barədə "TRT Haber" məlumat verib.

Məlumata görə, CHP-nin çağırışından sonra ənənəvi və sosial mediada edilən boykot çağırışlarında bölücü ritorikalar və onları yayan şəxslərə qarşı araşdırma başlanılıb. "Nifrət və ayrı-seçkilik" və "İctimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək" cinayətləri ilə bağlı aparılan bu istintaq çərçivəsində 16 nəfər barəsində saxlanılma qərarı verilib.

Polis qrupları tərəfindən çox sayda ünvanda eyni vaxtda əməliyyat həyata keçirilib. Əməliyyat zamanı şübhəlilərdən 11-i saxlanılıb. Digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir.

Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Ekrem İmamoğlunun həbsindən sonra CHP sədri Özgür Özel tərəfindən "boykot" çağırışı edilmişdi.

Son xəbərlər