Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

"Tesla" avtomobilləri 15-dən çox insanın ölümünə səbəb olub

23.12.2025 11:49 699
ABŞ-də son illərdə "Tesla" avtomobillərinin iştirakı ilə baş vermiş qəzalar nəticəsində ən azı 15 nəfər həyatını itirib. Qəzadan sonra avtomobillərin qapıları açılmayıb və sərnişinlər salondan çıxa bilməyiblər.

Bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

Uzun illər ərzində "Tesla" sahibləri avtomobillərin qapılarında yaranan problemlərlə bağlı şikayətlər ediblər. Onlar İlon Maskın şirkətinin ABŞ tənzimləyicilərinə müraciət ediblər, sosial şəbəkələrdə şikayətlər yazıblar və müxtəlif hadisələrdən sonra məhkəmələrdə iddialar qaldırıblar.

Qapıların açılmaması ilə bağlı növbəti insident bu yaxınlarda baş verib. Dekabr ayında Virciniya polisi yanan "Tesla Model Y" avtomobilinin pəncərəsini sındırmaq məcburiyyətində qalıb, çünki qapılar açılmayıb. Polis sürücünü təhlükəsiz yerə çıxarmağa nail olub, halbuki ABŞ-də bu cür hadisələr adətən faciə ilə nəticələnir.скачать dle 11.3
Mojo.az Banner