Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:51 Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"  |     13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |    
Mojo.az Avto
Mojo.az Avto

"Şərurlu İsfəndiyar"ın məhkəməsində Ramiz Mehdiyevin də adı hallanır: Vəkil etiraz etdi

11.12.2025 13:36 540
Binəqədi Rayon Məhkəməsində böhtan və təhqir maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə verilən "Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") növbəti məhkəmə prosesi keçirilib.

Hakim Vüsal Tağıyev sədrlik etdiyi prosesdə iş adamı ilə bağlı növbəti rəy məhkəməyə təqdim olunub.

Məhkəmədə ekspert Nəzakət Qaziyeva işlədilən bütün söz və ifadələrin ədəbi dilə uyğun olduğunu bildirib:

"Linqvistik ekspertizada təqdim edilmiş kəskin fikirlər tənqidi dəyərləndirilə bilər, təhqir səciyyəsi daşımır. Yəni nitq vahidləri emosional olsa da, təhqir hesab edilmir".

Qarşı tərəfin vəkili Asim Abbasov rəyə münasibət bildirərək onun mötəbər sübut kimi qəbul olunmasına etiraz edib:

"Etirazımızın səbəbi odur ki, dilçilik institutunun 2021-ci ildə təyin olunan hazırkı rəhbəri, AMEA-nın həmin vaxt rəhbəri olmuş şəxslə və İsfəndiyar Axundov arasında əlaqənin mövcudluğunu ehtimal edərək bununla bağlı etiraz edirik".

Qeyd edək ki, sözügedən vaxtda AMEA-nın prezidenti Ramiz Mehdiyev olub.

Prosesə sədrlik edən hakim vəkilin etirazını yazılı şəkildə təqdim etməsini istəyib.

Növbəti proses dekabrın 15-nə təyin edilib.

Xatırladaq ki, İsfəndiyar Axundov iş adamı Emin Səməndərovun ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün qarşı tərəfdən xüsusi ittiham qaydasında şikayət edilib. Onun barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında məhkəməyə verilib.
//oxu.az

Son xəbərlər