Mojo.az — elanlar
Son Xəbərlər
12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |     11:15 Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 20 dəfə artırılacaq  |     23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda hərbi hissəni partlatmağı təklif edən şəxsə HÖKM OXUNDU

19.11.2025 16:00 429
Azərbaycanda hərbi hissəni partlatmağı təklif edən şəxsə HÖKM OXUNDU
Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına, terrora yönələn açıq çağırışlar edən 1998-ci il təvəllüdlü Qusar sakini Kamran Tahircalın məhkəmə prosesi başa çatıb.

Median.Az
"Teleqraf"a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, tarix müəllimi işləyən K.Tahircal 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İşin hallarına gəlincə, 25 yaşlı müəllim Qusarda kəndlərin birində olarkən orada yerləşən hərbi hissənin fotosunu çəkərək "WhatsApp"da üzv olduğu qrupa göndərib və "Ləzgistan" dövlətinə birləşdirilməsi məqsədilə həmin hərbi hissənin partladılmasına dair çağırışlar edib.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında tarix-coğrafiya müəllimliyi ixtisası üzrə ali təhsil alıb. Universiteti bitirdikdən sonra 2023-cü ilin noyabr ayından etibarən Qusar rayonunda müqavilə əsasında müəllim işləyərək Azərbaycan dilində tarix fənnini tədris edib.

Qrupda "gəlin hərbi hissəni partladaq" yazan təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirib ki, şəkli göndərəndən sonra 1 ay qrupda qalıb, sonra oradan çıxıb. O, özünü göstərmək üçün belə bir addım atdığını söyləyib, əslində, belə fikirdə olmadığını dilə gətirib.

Tarix müəllimi törətdiyi əməldən peşman olduğunu deyib. Məhkəmə isə onu Cinayət Məcəlləsinin 214-2 və 281.2-ci maddələri üzrə təqsirli bilib.

Son xəbərlər