Mojo.az Banner
13:54 Misli Premyer Liqası: Beşinci turun son matçı - "Şəfa" "Sabah"a qarşı  |     13:53 Saatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər  |     13:51 Bərdədə bədbəxt hadisə: İki yaşlı uşaq hovuza düşüb öldü  |     13:42 Yeni tədris ilində Bakı şəhərində təhsil alacaq şagirdlərin sayı açıqlandı  |     13:40 İranın vitse-prezidenti Avstriyaya buraxılmadı - Rəsmi Tehrandan adekvat addım (Yenilənib)  |     13:34 Kirayə ev axtaran gücün DİQQƏTİNƏ: Bu ərazilər sərfəlidir  |     13:30 Xaricdə təhsil şirkətləri ilə bağlı VACİB XƏBƏRDARLIQ  |     13:28 12 manatlıq ət təhlükəlidir? – Mütəxəssisdən AÇIQLAMA  |     22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |    
Mojo.az Avto
Mojo.az Avto

Kolleclərə yeni təyinatlar olub

16.11.2024 13:22 1 287
Kolleclərə yeni təyinatlar olub
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədrinin müvafiq əmri ilə Mirvari Ağayeva Ağdaş Dövlət Humanitar Kollecinin direktoru, Ülviyyə Nəzərova isə İsmayıllı Dövlət İdarəetmə və Texnologiya Kollecinin tədris-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Median.Az
xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Mirvari Ağayeva 1995-1999-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Biologiya müəllimliyi ixtisası üzrə ali təhsil alıb. O, 2015-2021-ci illərdə Ağdaş Dövlət Humanitar Kollecində müəllim, 2021-ci ildən təcrübə rəhbəri vəzifəsində çalışıb, 2024-cü ilin iyul ayından isə Ağdaş Dövlət Humanitar Kollecinin direktoru vəzifəsini müvəqqəti olaraq icra edib. M.Ağayeva çalışdığı dövrdə səmərəli fəaliyyətinə görə Ağdaş Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif edilib.

Ülviyyə Nəzərova 2002-2006-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunda Tarix müəllimi ixtisası üzrə ali təhsil alıb. O, 2006-2023-cü illərdə Oğuz rayonunun Baş Daşağıl kənd tam orta məktəbində müəllim, 2023-cü ildən isə həmin məktəbin direktoru vəzifəsində çalışıb. Ü.Nəzərova 2023-cü ildə ADA Universiteti tərəfindən təşkil olunan "Bir müəllimin manifesti" ixtisasartırma proqramının iştirakçısı olub və proqram çərçivəsində Amerika Birləşmiş Ştatlarında təcrübə keçib.скачать dle 11.3
Mojo.az Banner